Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir - VİDEO

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir - VİDEO
SOSİAL
23:55 22.08.2026
204
Kredit borcunu ödəməkdə çətinlik çəkən şəxsə edilən təklif ona baha başa gəlib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zəminə Eminova iddia edir ki, 2024-cü ildə bankların birindən 6 min manat kredit götürüb.

Lakin sonradan krediti ödəyə bilmədiyi üçün üzərinə əlavə faiz hesablanıb. Dediyinə görə, özünü bank əməkdaşı kimi təqdim edən Eldar adlı şəxs fazilərin dondurulacağını bildirərək, ona bir sənədə qol çəkdirib.

Bundan bir neçə ay sonra Zəminə Eminova müalicə xərclərini qarşılamaq üçün əlavə vəsait əldə etmək məqsədilə kreditin yenilənməsinə müraciət edib. Lakin bildirilib ki, kredit artıq yenilənib və 8 min manat vəsait götürülüb. Zəminə Eminova Eldar adlı şəxsin onun adına kredit götürdüyünü və beləliklə, dələduzluğa məruz qaldığını iddia edir.

Şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun əsas tələbi məsləyə hüquqi qiymətin verilməsi və dəyən ziyanın ödənilməsinin təmin edilməsidir.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vətəndaşın xəbəri olmadan adına kredit götürülməsi və dələduzluğa məruz qalması iddiaları üzrə daxil olan müraciət əsasında ərazi polis orqanında araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi tədbir görüləcək.

OXŞAR XƏBƏRLƏR