Beynəlxalq “Tələbələr Günü”nə həsr olunmuş konsert proqramı keçirildi

GƏNCLİK
10:51 29.11.2010
3104

 

ATGTI-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, konsertin təşkilatçıları ADU Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) idilər. Konsert Proqramı ADU-nun 300-dən çox tələbəsinin iştirakı ilə keçdi. Tədbirin rəsmi hissəsini ADU-nun Tərbiyə İşləri üzrə prorektoru Ələddin Əliyev açdı. O Beynəlxalq “Tələbələr Günü”  bayramının tarixindən danışdı. “İlk dəfə bele bir bayram 1946-cı ildə Praqada keçirilib. O gündən etibarən hər il bu bayrama yeni-yeni ölkələr qoşulur. Azərbaycanda bu ölkələrdən biridi” deyə Ə.Əliyev çıxışını davam etdi. Ə.Əliyev ümummilli lider Heydər Əliyevin tələbələrə və ümumiyyətlə gənclərə qayğısınıda xüsusi vurğuladı. “1994-cü ildə Heydər Əliyevin qərarı ilə respublikamızda Gənclər və İdman Nazirliyi yaradıldı və bu bütün gənclərin uğuru demek idi. Mən çox şadam ki, ADU-nun tələbələri tələbə adını layiqincə daşıyırlar. Bizim tələbələrimiz hər bir sahədə - intellektual yarışmalar, rəqs müsabiqələri və başqa tədbirlərdə hər zamanı uğur qazanırlar. Ələddin Əliyev ADU –nun rekotoru Səməd Seyidovun və TGT-nin tələbələrə qarşı qayğısından söz açdı. Şahin İsmayılovun və onun komandasının uğurlu fəaliyyətindən danışaraq onları yüsək qiymətləndirdiklərini qeyd etdi. “Səməd müəllim hər zaman tələbələrin təşəbbüsünü dəstəkləyir” deyə Ə.Əliyev bir daha rektor Səməd Seyidova və ADU  TGT və ATGTİ sədri Şahin İsmayilova təşəkkür etdi.

 

Proqramın bədii hissəsi populyar müğənnilər Arzum, Çingiz Mustafayev, “Qala” qrupu və başqalarının ifaları ilə davam etdi. Tədbirdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərən və fərqlənən universitet tələbələri, ADU TGT-nin fəalları xatirə hədiyyələri və fəxri fərmanlarla mükafatlandırıldılar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb