Beynəlxalq düşərgənin iştirakçıları səfirlərlə görüşdülər

Beynəlxalq düşərgənin iştirakçıları səfirlərlə görüşdülər
GƏNCLİK
16:54 12.08.2011
1805

Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə,  dünən 11 avqust 2011-ci il tarixində düşərgənin iştirakçıları Rusiya Federasiyasının Azərbaycandakı səfiri, cənab Vladimir Doroxinlə və Qazaxıstan Respublikasının səfiri, cənab Serik Primbetovla görüşdülər. Görüşdə gənclərin suallarını cavablandıran səfirlər, həyata keçirilən düşərgənin vacibliyini vurğuladılar. Onlar bildirdilər ki, MDB ölkələri arasında əlaqələrin genişləndirilməsi üçün ən yaxşı üsul bu cür tədbirlər keçirilməsidir.

Bundan əlavə gənclər səfirlərlə ölkələrimiz arasında tələbə mübadiləsi, tələbə təşkilatlarının əlaqələrini müzakirə etdilər. Diplomatlar bildirdilər ki, həm Rusiya, həm Qazaxıstan tərəfi Azərbaycanla təhsil sahəsində əməkdaşlıq edir. Öz növbəsində V.Doroxin ümumilikdə Azərbaycanla mövcud turizm, iqtisadi, elmi-mədəni, təhsil əlaqələrini çox yüksək qiymətləndirdiyini bildirdi. Hər il 6000-dən çox Azərbaycan vətəndaşı Rusiyaya səfər edir. Bundan əlavə, Rusiya Federasiyası hər il Azərbaycanlı tələbələr üçün Rusiya Ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradır və ildən ilə Rusiyada təhsil almaq istəyən Azərbaycanlı gənclərin sayı artır. S.Primbetov isə vurğuladı ki, bu gün Azərbaycanın ali təhsil müəssisələrində 18 Qazaxıstanlı tələbə təhsil alır. Gələcək Qazaxıstan səfirliyi Azərbaycanda təhsil alan tələbələrinin sayını artırmaqda maraqlıdır. Öz növbələrində hər iki səfir Azəbaycan tərəfinə MDB ilə yaxından əməkdaşlıq etdiyinə görə təşəkkür etdi.

Görüşün yekununda səfirlər gənclərin burada təmsil etdikləri ölkələrin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələri, mətbəxi, musiqisi, tanınmış şəxsiyyətləri barədə digər iştirakçılara məlumat verməsinin vacibliyini bir daha vurğuladılar və bildirdilər ki, bu cür tədbirlər tez-tez keçirilməlidir. Diplomatların sözlərinə görə növbəti belə bir düşərgəyə Rusiya və ya Qazaxıstan ev sahibliyi edə bilər.

Sonda düşərgənin iştirakçıları ilə xatirə şəkli çəkdirən səfirlər onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

Elə həmin gün (11 avqust) “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”nin iştirakçıları Qəbələ Konserv Zavoduna səyahət etdilər. Zavodan çatan gəncləri ilk növbədə müxtəlif şirələrin hazırlanma üsulu ilə tanış etdilər, istehsal prosesini əyani şəkildə göstərdilər. Zavod rəsmiləri tələbələri məlumatlandırdılar ki, İsveçərdən gələn texniki avadanlığın sayəsində zavod hal-hazırda 27 növ şirə istehsal edir. İstehsal prosesinin şəffaflığı ilə tanış olan gənclər onları maraqlandıran suallara cavab aldılar. Hazır məhsul sexlərini (paviliyonları) gəzən gənclər daha sonra zavodun istehsal etdiyi şirələri dadmağa dəvət olundular.

Günün sonunda düşərgənin məkanı “Yeddi Gözəl” istirahət mərkəzində düşərgənin iştirakçı ölkələrinin milli gecələri keçirildi. Milli gecələrdə düşərgəninm iştirakçıları öz ölkələri barədə video materiallar təqdim edərək, rəqs və səhnəciklər nümayiş etdilər. Sonda düşərgə iştirakçıları Azərbaycanın, Rusiyanın, Ukraynanın, Belarusun, Moldovanın, Qazaxıstanın, Tacikistanın, Qırğızıstanın milli mətəbəxi ilə yaxından tanış oldular. Tədbirin sonunda çıxış edən MDB-yə üzv ölkələrin nümayəndələri düşərgənin təşkilatçılarına təşəkkürlərini bildirdilər. Xəbər veririk ki, dünənki günün nəticələrinə görə “Şuşa” və “Bakı” komandaları qalib oldular

Qeyd edək ki, bu gün “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”nin bağlanış mərasimi keçiriləcək. Mərasimdə düşərgənin yekunları müzakirə olunacaq və qalib komandanın adı açıqlanacaq. Bildiririk ki, qalibləri qiymətli hədiyyələr gözləyir. Ümumilikdə isə düşərgənin bütün iştirakçılarına onların düşərgədə iştirakını təsdiqləyən sertifikatlar veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir