Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
SOSİAL
15:10 29.08.2026
219
Gürcüstanda İnterpolun "qırmızı bülleteni” ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Məlumata əsasən, həmin şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında xuliqanlıq və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları ilə axtarışda olub.


İstintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı "Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlanılıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR