Beynəlxalq Bankın IBA Tech Akademiyası fəaliyyətə başladı

İQTİSADİYYAT
11:45 16.10.2019
6727

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında sosial layihə kimi nəzərdə tutulmuş ilk intensiv bootcamp kurslarına start verilib. Tələbələr sentyabrın 9-dan 30-a qədər davam edən qəbul prosesi zamanı onlayn ərizə göndərmiş namizədlər arasından seçilib. Qəbul prosedurunun bütün mərhələlərini uğurla keçən namizədlər kurslarda iştirak hüququ qazanıb.

AZXEBER.COM xəbər verir ki, qəbul prosesində fiziki məhdudiyyətli şəxslərə də bərabər imkanlar mühiti yaradılıb. Müraciət edən 15 fiziki məhdudiyyətli gəncdən 3 nəfəri qəbul mərhələlərində göstərdiyi yüksək nəticələrə uyğun olaraq Akademiyaya qəbul edilib. Beləliklə, IBA Tech Akademiyası inklüziv təhsil mühitində fəaliyyətə başlayıb.  Akademiya tələbələrinin orta yaş həddi 24 yaşdır. Tələbələrin 21 faizi xanımlardan ibarətdir.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsizdir.

 

IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kursları ölkəmizin əmək bazarında proqramlaşdırma üzrə xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd istiqamətlərini əhatə edir. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Dəqiq elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli alimlərimiz Lütfizadə və Azad Mirzəcanzadənin xatirəsinə hörmət əlaməti olaraq Akademiyanın 2 auditoriyasına "Lütfizadə” və "Mirzəcanzadə” adları verilib. 

Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.

Qeyd edək ki, yaxın vaxtlarda IBA Tech Akademiyasına yeni proqramlar üzrə də qəbul nəzərdə tutulur. Bu barədə ictimaiyyətə müntəzəm məlumatlar veriləcək. Proqramlara qoşulmaq istəyən şəxslər yenilikləri www.ibatech.az saytından və Akademiyanın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyə bilərlər.

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:31 14.07.2020

"Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir"

11:20 14.07.2020

"Azərbaycan dövləti və İlham Əliyev bütün dünya üçün bir nümunədir"

11:14 14.07.2020

Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı

11:05 14.07.2020

Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”

11:00 14.07.2020

Düşmən Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

10:51 14.07.2020

İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər

10:44 14.07.2020

Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

10:27 14.07.2020

Bakıda eyvandan yıxılan qadın xəstəxanada öldü

10:16 14.07.2020

“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”

10:11 14.07.2020

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

10:00 14.07.2020

Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib

09:54 14.07.2020

Ermənistan Tovuzu yenidən atəşə tutub

00:24 14.07.2020

XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək

23:38 13.07.2020

Qənirə Paşayeva cəbhədəki gərginlikdən yazdı: "Diplomatik uğurlarımız Ermənistanı ciddi narahat edir"

23:12 13.07.2020

TƏBİB koronavirusla bağlı son məlumatı açıqladı

22:41 13.07.2020

Ukrayna XİN: “Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” - BƏYANAT