Beynəlxalq Bankının kart müştəriləri 30 mindən artıq nağdsız ödəniş həyata keçirdi

Beynəlxalq Bankının kart müştəriləri 30 mindən artıq nağdsız ödəniş həyata keçirdi
İQTİSADİYYAT
14:12 05.08.2019
3671
Ölkəmizdə nağdsız ödənişlərin həcminin artırılmasına dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı ötən ilin dekabr ayında "Qayğıkeş” (QayğıCash) layihəsini təqdim etmişdi. Bu layihə çərçivəsində bir neçə ay ərzində Bankın kart sahibləri 30 mindən artıq nağdsız ödəniş həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, "Qayğıkeş” bankın öz tərəfdaşları ilə birgə tətbiq etdiyi "cashback” xidmətidir. Bu xidmət çərçivəsində Azərbaycan Beynəlxalq Bankının bütün ödəniş kartlarının, o cümlədən əmək haqqı, pensiya, eləcə də başqa debet və kredit kartlarının sahibləri bankla tərəfdaş ticarət və xidmət məkanlarında bankın POS terminalları ilə alış-veriş edən zaman ödədikləri vəsaitlərin 1%-dən 40%-dək hissəsi dərhal onların kart hesabına geri qayıdır.

"Qayğıkeş” layihəsinə çox qısa müddət ərzində müxtəlif sektorlarda fəaliyyət göstərən yüzlərlə ticarət və xidmət obyektləri qoşulub və bu say getdikcə artmaqdadır. Bankın bu layihə üzrə tərəfdaşlıq etdiyi ticarət və xidmət məkanları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/individual/qaygikesh-klubu/

Bank müştərilərinin "Qayğıkeş” (QayğıCash) layihəsinə qoşulmaqdan ötrü xüsusi qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur. Azərbaycan Beynəlxalq Bankının bütün kart sahibləri avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar. Müştərilər geri qayıdan vəsaitlər barədə məlumatı "SMS xəbərdarlıq” xidməti və ya IBAm mobil əlavəsi vasitəsilə əldə edə bilərlər. Hazırda Azərbaycan Beynəlxalq Bankının POS terminallarının sayı 10,000-ə yaxındır. Bank POS terminal şəbəkəsinin sürətlə artırılmasını və nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir