Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində vokal axşamı keçiriləcək.
Konsertdə əməkdar artistlər Gülnaz İsmayılova, İnarə Babayeva, Anar Şuşalı, ifaçılar İlahə Əfəndiyeva, Azər Rzazadə, Fərid Əliyev, Anton Feştang və Ramil Qasımovun ifasında məşhur Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.
Konsert "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı həyata keçirilən xüsusi layihə çərçivəsində reallaşacaq.
Layihənin məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin təbliğidir.
Yanvarın 31-də başlamış layihə il ərzində hər ay müxtəlif konsertlər, konfranslar, tədbirlər və seminarlar vasitəsilə davam edəcək.//ann.az