"Bəzi muğam ifaçıları çox tənbəldirlər" - Ceyhundan sərt tənqid

"Bəzi muğam ifaçıları çox tənbəldirlər" - Ceyhundan sərt tənqid
MAQAZİN
10:11 30.04.2026
247
Ceyhun Qala sənətində yenilik etməyən sənətkarları sərt tənqid edib.

AZXEBER.COM xəbər verir ki, "Öz aramızda” verilişində qonaq olan müğənni fikirləri ilə diqqət çəkib.

Onun sözlərinə görə, sənətkarlar ifa etdikləri xalq mahnılarına yeni nəfəs qatmalı və həmin ifaları gənclərə sevdirməlidirlər:

"İllərdir ifa olunan bütün xalq mahnılarında heç bir yenilik yoxdur. Nə qədər olar "Dağlarda duman gözəldir" mahnısını olduğu kimi oxumaq? Sənətkarlar ora fərqli nəfəs, fərqli ruh əlavə edib təqdim etməli və onu hətta okeanın o tayındakı gənclərimizə də sevdirməlidirlər. Təbii ki, bunu kökə toxunmamaq şərtilə etmək lazımdır”.

İfaçı bəzi əməkdar artistləri də tənbəllikdə ittiham edib:

"Orta nəsil muğam ifaçıları, əməkdar artistlər çox tənbəldirlər. Onlar xalq mahnılarını, muğamı təbliğ edirlər, amma baxırsan ki, heç bir yenilik yoxdur. Mahnını necədirsə, elə də oxuyurlar. Heç bir yaradıcı fikir yoxdur. Bundan qorxmaq lazım deyil”.

Aysel 


OXŞAR XƏBƏRLƏR