“Bəzi valideynlər müəllimi xidmətçi kimi görür” - Təhsil eksperti

“Bəzi valideynlər müəllimi xidmətçi kimi görür” - Təhsil eksperti
SOSİAL
14:46 14.05.2026
474
Qazaxıstanda təhsil sahəsində intizam qaydaları sərtləşdirilir. Qazaxıstanda valideynlər şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə 86.500 təngə (təxminən 320 AZN) məbləğində cərimə edilə bilərlər. Əgər analoji hal inzibati cəzadan sonrakı bir il ərzində yenidən təkrarlanarsa, cərimənin məbləği artırılaraq 130.000 təngəyə (təxminən 480 AZN) çatdırılacaq.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AZXEBER.COM-a açıqlamasında deyib ki, Qazaxıstanın tətbiq etdiyi qayda əslində çox ciddi bir mesajdır:

"Bu gün məktəbdə müəllimin ən böyük problemi artıq dərs keçmək deyil, özünü qorumaqdır. Çünki bir çox hallarda müəllim sinifdə tək buraxılır. Bir çox müəllimə qarşı qeyri-etik davranılır, valideyn gəlib müəllimi ittiham edir, sosial şəbəkələrdə isə müəllim linç edilir. Amma heç kim soruşmur ki, bu müəllim hansı şəraitdə işləyir. Qazaxıstanın tətbiq etdiyi qayda əslində çox ciddi bir mesajdır. Müəllim toxunulmaz fiqur olmasa da, hörmət edilən bir şəxs olmalıdır.

Müəllimə qarşı təhqir, kobudluq və psixoloji təzyiq artıq adi hal kimi qəbul edilməməlidir. Çünki son illər bəzi valideynlər müəllimi xidmətçi kimi görməyə başlayıb. Uşaq evdə düzgün tərbiyə almayıb məktəbə gəlir və müəllimə qarşı hörmətsizlik edir”.

O qeyd edib ki, məktəbdə müəllimin sözü keçməyəndə nə intizam, nə də təhsil olur:

"Ən təhlükəli məqam isə budur ki, müəllim artıq uşağa irad bildirməyə qorxur. Çünki bilir ki, sabah bu vəziyyət videoya çəkilib sosial şəbəkələrdə paylaşılacaq və onun üzərinə çoxsaylı ittihamlar gələcək. Bu vəziyyət istər-istəməz təhsilə mənfi təsir göstərir. Məktəbdə müəllimin sözü keçməyəndə nə intizam olur, nə də təhsil. Düşünürəm ki, Azərbaycanda da müəllimi qoruyan daha sərt hüquqi mexanizmlər olmalıdır. Çünki biz illərlə yalnız şagird və valideyn hüquqlarından danışmışıq, amma müəllim tam müdafiəsiz qalıb. Müəllim də insandır, onun da psixologiyası, əsəbləri və ailəsi var. Hər gün təzyiq və təhqir görən insan necə keyfiyyətli dərs keçə bilər?”.
 
Təhsil eksperti vurğulayıb ki, bu qaydanın Azərbaycanda da tətbiqi zəruridir:

"Bu gün bəzi valideynlər elə düşünür ki, uşağı məktəbə qoymaqla bütün məsuliyyəti müəllimin üzərinə ata bilərlər. Halbuki tərbiyə evdə formalaşmadıqda məktəb təkbaşına möcüzə yarada bilməz. Ən acınacaqlısı isə odur ki, əvvəllər valideyn uşağının dərsi ilə maraqlanırdı, müəllimlə əlaqə saxlayırdı. İndi isə bəzi hallarda valideynlər müəllimlə mübahisə edirlər. Sonra da cəmiyyət soruşur ki, niyə məktəblərdə intizam zəifləyir?

Müəllimin nüfuzu qorunmadan məktəbdə qayda-qanun yaratmaq mümkün deyil. Qazaxıstanın atdığı addım da məhz buna yönəlib. Düşünürəm ki, bu, dövrün reallığıdır və bizim ölkəmizdə də bunun tətbiqi mütləq şəkildə zəruridir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
14:04 01.07.2026
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
13:47 01.07.2026
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Oxu.az 13 yaşını qeyd edir
13:39 01.07.2026
Oxu.az 13 yaşını qeyd edir