AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Səbail rayonunda və "Qaz İxrac” İdarəsi tərəfindən Xəzər rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.