Böhrana görə pulsuz qalan icra başçısı – ‘Maaşlarını kəsib mənə gətirin!’

Böhrana görə pulsuz qalan icra başçısı – ‘Maaşlarını kəsib mənə gətirin!’
Bütün Xəbərlər
12:50 02.01.2016
8443

Lerikin icra başçısı Rövşən Bağırov müəllimlərin maaşını kəsib cibinə qoyur.

Neft qiymətlərinin kəskin ucuzlaşmasından və manatın devalvasiyasından sonra bütün sahələrdə maliyyə böhranı hiss olunur. Böhran artıq büdcə təşkilatlarında da müşahidə olunmağa başlayıb.

Lerik rayonunda büdcə təşkilatlarında çalışanlar dekabr ayının maaşını kəsirlə alıb. Belə ki, müllimlər, həkimlər, idarə işçiləri daxil olmaqla büdcədən maliyyələşən bütün işçilərin maaşlarından 50 manat kəsilib. İcra başçısı Rövşən Bağırov bunu böhranla əlaqələndirib. İşçilərə bildirilib ki, kəsir qarşıdakı aylarda nəzərə alınacaq. Amma məbləğin nə vaxtsa ödənib-ödənməyəcəyi dəqiq bilinmir.

Təbii ki, hər şeyin bahalaşdığı dövrdə dövlətdən aldıqları cüzü maaşların da kəsilməsi büdcə təşkilatlarının işçiləri tərəfindən narazılıqla qarşılanıb. Artıq rayonun Zuvuc kəndinin ziyalıları bununla bağlı prezident İlham Əliyevə məktub yazaraq şikayət ediblər. 

OXŞAR XƏBƏRLƏR