Bidzina İvanişvili: ''Rusiyadan məni heç kim təbrik etməyib''

Bidzina İvanişvili:
Bütün Xəbərlər
19:01 03.10.2012
895
Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş “Gürcü Arzusu” koalisiyasının lideri Bidzina İvanişvili ilk xarici səfərini Vaşinqtona edəcək.
ANS PRESS-in “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, B.İvanişvili bunu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, o, ABŞ-ın Gürcüstandakı səfiri ilə görüşündə rəsmi dəvət aldığını bildirib.İvanişvili qeyd edib ki, bu səfər ABŞ-dakı prezident seçkilərindən sonra gerçəkləşəcək.B.İvanişvili həmçinin vurğulayıb ki, Rusiyadan heç kim onu təbrik etməyib: “Bu ölkəyə səfərdən hələlik söhbət getmir. Mənim ilk səfərim strateji tərəfdaşımız Vaşinqtona olacaq”.
OXŞAR XƏBƏRLƏR