Bığlarına görə yurd-yuvasından oldu - FOTO

Bığlarına görə yurd-yuvasından oldu - FOTO
MARAQLI
00:09 22.12.2011
2564

Pakistanlı Amir Muhammad Afridi'ni hamı bığlarına görə tanıyır. Onun bığları çənəsinə qədər sallanır. Sonra əyilərək yuxarı qalxır və ucları alnının ortasına qədər çatır. Onu bu cür bığ saxlamağa ilhamlandıran Pakistanda 60-cı illərin tanınmış siyasətçisi Malik Amir Mohammad Khan olub. İndi belə bığ saxlamaq böyük cəsarət tələb edir. 2 il əvvəl silahlılar Amir Muhammed Afridi'yə deyiblər ki, bığları islama uyğun deyil. Ona bığlarını qırxmaq üçün hədə-qorxu gəliblər. Daha sonra 2008-ci ilin yayında İslam qruplaşmasının üzvləri onun evinə hücum edib. Amir'i özləri ilə aparıb 30 sm-lik bığlarını kəsiblər. Amir'in indi 40 yaşı var. O vaxt baş verənləri həyatının ən pis hadisəsi kimi xatırlayır: «BIĞLARIMLA BÜTÜN NƏSLİM FƏXR EDİRDİ» «Başıma gələnlər bütün Xiber vilayətini məyus etmişdi. Camaat zəng edir, mənim tərəfimdə olduqlarını bildirirdilər. Adamların 90-95 faizi bu hadisədən məyus olmuşdu. Çünki mən ömrümdə heç kimə pislik etməmişdim. Mənimki heç kimə zərər verməyən bığ düşkünlüyüdür. Bığlarım unikal formada idi. Bığlarımla bütün nəslim fəxr edirdi. Bütün Pakistanda mənim kimi bığları olan adam yox idi». Başına gələnlərdən sonra Amir səssiz-səmirsiz Pişəvər şəhərinə köçüb. Burada elektronika məhsulları satır. Sakit həyat sürür. Bığlarını yenidən uzadıb əvvəlki formasına çatdırıb. İndi ictimaiyyət arasında daha «Lashkar-e İslam» qruplaşması ​​tez-tez görünür. Amir fəxrlə Pişəvərdə öz bığlarını nümayiş etdirsə də, bilir ki, elə bu bığları üzündən doğma şəhəri Baraya gedə bilməyəcək: BIĞA QULLUQ ÜÇÜN AYDA 60 DOLLAR «Mən bığlarımı təzədən uzatdım. Bu, mənim üçün çox ağrılı idi. Çünki doğma Bara şəhərimi çox sevirdim. Ancaq bığ saxlamaq həvəsi məni doğma şəhərimdən köçməyə vadar etdi. İndi mən buna görə şəhərimə qayıda bilmərəm». Amir'in Bara şəhərində bığları o qədər məşhur imiş ki, hətta bir müddət yerli orqan ona bığlarına yaxşı qulluq etməsi üçün ayda 60 dollar pul da veribmiş. Ancaq bu, silahlıların onu hədələmələrinə qədər olub. Xiber vilayətində 2004-cü ildə sünni qruplaşmalar arasında qarşıdurma başlanıb. O vaxtdan Baranın da yerləşdiyi vilayətdə yüzlərlə insan həlak olub. İndi şəhərə «Lashkar-e İslam» qruplaşması nəzarət edir. Onlar İslamın özlərinin müəyyən etdiyi qaydalarından kənara çıxanları cəzalandırırlar.

Azadlıq Radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək