Biləsuvarda özünü kameraya çəkərək intihar edən 16 yaşlı qızın ölümünün şok - TƏFƏRRÜATLARI

Biləsuvarda özünü kameraya çəkərək intihar edən 16 yaşlı qızın ölümünün şok - TƏFƏRRÜATLARI
SOSİAL
12:10 20.06.2018
15670
May ayının 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində məktəbli qız özünə qəsd edib. 16 yaşlı Səkinə Məmmədova nişanlısının ona xəyanət etməsini əsas gətirərək həyətlərinin tövləsində özünü asıb. Hadisə geniş müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, Ağalıkənd kəndinin bələdiyyəsindən Ülfət Bağırovun "publika.az”a verdiyi məlumata görə, Səkinə Məmmədova 7-8 ay bundan öncə nişanlanıb: "Bizdə də hadisə ilə bağlı tam dolğun məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələni araşdırırlar. Qızın nişanlandığı oğlan da kənd adamıdır. Bizdə kəndin yetmiş faizi bir-birilə qohumdur. Qızın məcburi şəkildə nişanlanmağını da eşitməmişəm. Özü də məktəbli idi. Davamlı olaraq dərslərdə iştirak etməsə də, arada gedirdi. Yəqin nişanlandığına görə arabir gedirmiş. Məktəbdən çıxmadığı da sonradan məlum oldu. Onsuz da, bu il 9-cu sinifi bitirib məktəbdən çıxacaqmış. Oğlan tərəfdə də heç kim günah görmür. Onlar özləri qızın yas mərasimində sona qədər iştirak etdilər”.

Ağalıkənd orta məktəbinin direktoru Maarif Fətullayev isə Səkinə Məmmədovanın nişanlı olmadığını bildirib: "Səkinə məktəbimizin səkkizinci sinfində oxuyurdu, ancaq son bir ayda davamiyyəti yaxşı deyildi. Dilə gətirmək istəmirəm, amma qızın ana tərəfində psixoloji problemlər var. Onun anasının bibisioğlu, dayısıoğlunda psixi baxımdan çatışmazlıq var. Məktəbdə isə özünü yaxşı aparıb, sinif yoldaşları ilə münasibətləri yaxşı olub, fəal, şən şagird olub. Dərslərində o qədər da yaxşı olmasa da, ortabab oxuyurdu. Müəllimləri də onun ölümünə heyfslənir. Onun hərəkəti sadəcə ağılsızlıq olub.

İndi olan olub, keçən keçib. Ancaq o məsələ nişanlı söhbətinə görə olmayıb. Ortalıqda heç nişan da olmayıb. Sadəcə "aldım-verdim” söhbəti olub. Ailələr dost olub, bir-birilərinə deyiblər ki, qızım sənin, qızın mənim, vəsaalam. Səkkizinci sinif uşağına nə nişan ola bilər ki?”.

Qeyd edək ki, sosial şəbəkələrdə 16 yaşlı qızın nişanlanması və özünə qəsdi geniş müzakirələrə səbəb olub. Hadisəni qınayan şəxslər yeniyetmə çağında olan bir qızın nişanlanmasının düzgün olmadığını, hadisənin qızın və ailəsinin savadsızlığı üzündən baş verdiyini əsas gətirib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
20:38 02.07.2026
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
"Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
20:30 02.07.2026
"Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:24 02.07.2026
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
20:11 02.07.2026
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
20:00 02.07.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?