Binəli Yıldırım: “Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var”

Binəli Yıldırım: “Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var”
SİYASƏT
13:48 20.02.2021
794
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin gözlə görünməyən arxa planları var.

Bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım "Milli Məclis” jurnalına müsahibəsində deyib .

"Odur ki, kimsənin qalxıb "bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi’’, - söyləməsi doğru olmazdı”, - deyən B.Yıldırım əlavə edib ki, geriyə baxaraq, ən azı 5-10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir.

O qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçdilər və ordu möhtəşəm şəkildə təchiz edildi.

"Ermənistanla bu qarşıdurma əlbəttə ki, bir gün olacaqdı. Bax, bu günə ciddi hazırlaşan Ali Baş Komandan İlham Əliyev atasına da verdiyi sözə sadiq qalaraq kifayət qədər gənc yaşından Azərbaycanın çətin idarəetmə məsuliyyətinin, onu mütləq qələbəyə aparacaq doğru yolun özülünün qoyulması yükünün altına çəkinmədən girdi. Ermənistan Qarabağdan qopduğunun fərqinə varınca, cəbhəni genişləndirmək, müharibəni Qarabağ müstəvisindən çıxarmaq üçün nələr etmədi!? Tərtər, Gəncə, Ağdam və digər məntəqələrə raket zərbələri endirildi, amma İlham Əliyev bunların bir oyun olduğunu bilərək, səbirli davrandı, müdrik qərarlar verdi və bunun müsbət nəticə verəcəyinə əmin oldu. Gedişat isə məhz belə oldu”.

Eks-baş nazir bildirib ki, Türkiyə bu gedişatı narahatlıqla izləyirdi, çünki Azərbaycanın bəzi ictimai dairələrində də ermənilərə onların tərzində cavab vermək istiqamətində qəzəb formalaşmışdı.

"Lakin İlham Əliyev bu təhlükələrə qarşı çox ağıllı və həssas mövqe sərgiləyərək, Qarabağ savaşının Azərbaycanla Ermənistan arasında total müharibəyə çevrilməsinə əsla icazə verməyəcəyini açıqca söylədi və bu yöndə əlindən gələni etdi. Bildiyiniz kimi, Ermənistan bu arada böyük oyunlar oynadı, istər Rusiyanı, istər Avropanı və Birləşmiş Millətlər Təşkilatını bu münaqişəyə cəlb etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını işə salmaq üçün xeyli səylər göstərdi, lakin onların heç biri nəticə vermədi”, - deyə B.Yıldırım söyləyib.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı