Binəqədi polisi 8 vətəndaşı soymuş sabirabadlı oğrunu saxladı

Binəqədi polisi 8 vətəndaşı soymuş sabirabadlı oğrunu saxladı
Bütün Xəbərlər
16:45 03.04.2015
979

Maşın, pul, sənəd və məişət əşyaları...

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Şirazi İsgəndərova məxsus “Mercedes” markalı avtomobildən sənəd oğurlamış Sabirabad rayon sakini Pərviz Hüseynli tutulub.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bəhram Əhmədova, Akif Quliyevə, Elşən Cəfərova, Məhərrəm Hüseynova, Qorxmaz Əliyevə məxsus avtomobillərdən, habelə Hicran Şahsuvarovaya məxsus gözəllik salonundan və Elnur Əsədova məxsus çay evindən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR