Binəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLAR

Binəqədi rayonunda təhsil konfransı keçirildi - FOTOLAR
SOSİAL
12:39 05.10.2021
602
Binəqədi rayonunda 2020-2021-ci tədris ilinin yekunları münasibətilə keçirilən və yüksək bal toplayaraq ali təhsil ocaqlarına daxil olmuş abituriyentlərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilmişdir.

AZXEBER.COM xəbər verir ki, tədbir "ZOOM” platformasında və canlı keçirilməklə iki hissədən ibarət olmuşdur.

Tədbirin I hissəsində Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin direktorları və pedoqoji kollektivi iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov konfransın tarixi əhəmiyyətli bir günə- Cəbrayıl şəhəri və ətraf kəndlərinin azad edildiyi günə təsadüf etdiyini vurğuladıqdan sonra Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova "Binəqədi rayonunda 2020-2021-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış etdi. Sevinc Süleymanova bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, Fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəltdiyini vurğuladı.

Hesabat çıxışından sonra 276 saylı tam orta məktəbin direktoru əməkdar müəllim Bəhram Şiriyev məktəbin əldə etdiyi uğurlardan geniş bəhs edərək keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə ötən tədris ilində görülən işləri və reallaşdırılacaq layihələrdən məlumat verdi. Sonda məzunları təbrik etdi və onlara gələcək fəaliyyətində uğurlar arzu etdi.

Konfrans onlayn diskusiya şəklində davam etdi.

Tədbirin II hissəsində yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olmuş və prezident təqaüdünə layiq görülmüş tələbə adını qazanan gənclərlə görüş keçirildi.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları iştirak edirdilər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev rayonumuzun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdilər ki, onların bu qələbəsi- tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır. Çətin pandemiya şəraitində məcburən dəyişdirilmiş tədris prosesindən keçərək gecə-gündüz çalışaraq dövlətimizin çox çətin, ekstremal şəraitdə insanların həyat, məişət və təhsil şəraitinin zərər görməməsi üçün həyata keçirdiyi təxirəsalınmaz tədbirlər fonunda arzuladıqları tələbə adına qovuşmaqları böyük fədakarlıqdır.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov gəncləri təbrik etdikdən sonra bildirdi ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gündə davam etməkdədir.

Görüşdə tələbə adını qazanmış gənclər çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.

Sonda tələbə gənclərə hədiyyələri təqdim edilib və onlarla xatirə şəkli çəkilib.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
10:21 19.09.2026
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
10:19 19.09.2026
Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı
10:19 19.09.2026
Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru