May ayında Bakının Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğında həyatını itirən balaca Fərəhə mahnı həsr edilib.
AZXEBER.COM xəbər verir ki, mahnını gənc müğənni Fuad ifa edib.
Xatırladaq ki, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada mayın 19-da baş verən yanğında 16 nəfər vəfat etmişdi. Hadisənin azyaşlı qurbanlarından olan Fərəh Məhərrəmova və 2 yaşlı mərhum Ayxan Hüseynovun ölümü böyük səs-küyə səbəb olmuşdu. Hadisə nəticəsində ümumilikdə 5 azyaşlı və bir ailənin bütün üzvləri vəfat etmişdi.
Fərəh üçün ifa edilən həmin mahnını təqdim edirik:
