Bir-birindən xəbərsiz yeddi qadınla evləndi, üstü açılanda ağlasığmaz üsul seçdi - FOTO

Bir-birindən xəbərsiz yeddi qadınla evləndi, üstü açılanda ağlasığmaz üsul seçdi - FOTO
DÜNYA
22:41 09.11.2019
32575
Türkiyənin istanbul şəhərində filmlərə mövzu ola biləcək hadisənin üstü açılıb.

Bir-birindən xəbərsiz yeddi qadınla evlənən kişi ilə bağlı həqiqətlər məhkəmədə üzə çıxıb.

41 yaşlı Ömər Sirdaş bir neçə il əvvəl 31 yaşlı Sevgi D. adlı qadınla evlənib. Dini nikahla ailə quran cütlüyün bir müddət sonra övladlaerı dünyaya gəlib. Kişinin evə az gəlməsi qadında şübhələr oyatsa da, o, bunu Ö.Sirdaşın heyvandarlıqla məşğul olması ilə əlaqələndirib.

Ömər Sirdaş bir müddət əvvəl fermada çətinliklərinin olduğunu, krediti olduğu üçün də bunları aradan qaldıra bilmədiyini deyib. O, arvadına qayınanasının adına kredit götürmək istədiyini bildirib. Sevgi D.-nin təkidindən sonra ana qızının xatirinə buna razı olub.

Krediti alandan sonra Ömər Sirdaş borcları bir neçə ay ödəməyib. Bunu görən qadın ona zəng edib. Ancaq telefonu 39 yaşlı Selin E. açıb. Qadın "Ərimi niyə axtarırsınız?” dedikdən sonra ana şoka düşüb. Qadın Ömər Sirdaşın onun qızı ilə evli olduğunu dilə gətirib.

Selin ərinə vəziyyəti danışıb, ancaq kişi etiraz edərək, bu zəngin səhv nömrədən gəldiyini, bir qarışıqlıq olduğunu bildirib. Ancaq qadın ona inanmayıb və həmin nömrəyə yenidən zəng edib. Qayınana ilə danışan qadın ərinin Sevgi ilə evli olduğunu, hətta bir oğullarının da doğulduğunu öyrənib.

Selin və Ömər yeddi il öncə evlənib və onların iki övladı var.

Ö.Sirdaş ona şər atıldığını, Sevgi D.-ni və ailəsini tanımadığını, sözügedən oğlan uşağının özündən olmadığını iddia edərək, DNT testi üçün məhkəməyə müraciət edib. Arvadını inandırmaq üçün məhkəməyə müraciət edən kişiyə isə pis xəbər gəlib. Çünki qərarda onun 99 faiz ehtimalla atası olduğu qərarı çıxıb.

Hər iki qadının yaşadığı şok bununla da bitməyib. Məlum olub ki, kişinin daha üç övladı var.

Bundan sonra aldadılan qadınlar digər uşaqların hansı qadınlardan olduğunu müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Məlum olub ki, kişinin İstanbulun müxtəlif səmtlərində daha beş evi və beş arvadı, müxtəlif arvadlardan isə üç övladı daha var. Yeddi qadının uzun müddət bir-birindən xəbəri olmayıb.

Ömər Sirdaşın arvadları isə evlənmə sırasına uyğun olaraq belədir: Dilşad Ö., Aliyə A., Satiyə Ö., Selin E., Sevgi D., Səbriyə G. Və Mələk B.
 
///oxu.az

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib