“Bir də gördüm ki, yer qandır...” –Azərbaycanlı jurnalist Məkkədə

“Bir də gördüm ki, yer qandır...” –Azərbaycanlı jurnalist Məkkədə
Bütün Xəbərlər
10:58 12.09.2015
3047
Məkkədə baş verən dəhşətli hadisəni azərbaycanlı jurnalist də izləyib. 
AZXEBER.COM  xəbər verir ki, APA TV-nin əməkdaşı Jalə Məmmədli hadisə baş verən anı belə xatırlayıb:
"Biz qrupda 6 nəfər idik. İki tunisli, misirli, iordaniyalı və çadlı. İçəri yenicə girmişdik, güclü yağış başladı, ildirım çaxdı. Tunisli kişi dedi ki, gözləyin ürəyim sıxıldı. İki dəqiqə çəkildik qırağa. O nə gurultu idi, hələ də anlamıram. Birdə onu gördüm ki, yer qandır. Hazırda salamatçılıqdır. Çadlı ilə iordaniyalı yoxa çıxmışdı, onları axtarırdıq, həm də yol bağlı idi".
Qeyd edək ki, Məkkədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Hadisəyə səbəb 30 dəqiqə yağan güclü yağış və əsən külək olub.
Faciədə ölənlərin sayı 107-yə çatıb. 238-dən çox yaralı var.
OXŞAR XƏBƏRLƏR