Bir əsr yaşı olan bu avtomobilin qiyməti 200 min manatdır – VİDEO

MARAQLI
17:01 18.09.2020
571
Bu dəfə Bakının küçələrini bahalı, fərqli görünüşlü müasir avtomobillər yox, hər biri ayrı dövrdən gələn retro maşınlar bəzəyib.

ARB TV-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Müasir avtomobillərin əcdadı sayılan bu maşınların sahibləri elə özlərinin təsis etdiyi retro klubda bir araya gəliblər. Retro maşın həvəskarlarının üzv olduğu klubda müxtəlif yaşda və markada avtomobillər var.

Kolleksiyanın ən yaşlı nümayəndəsi isə Ford-A modelidir. 1931-ci il istehsalı olan bu avtomobildən Azərbaycanda yalnız bir ədəddir ki, bunun da qiyməti 200 min manata qədərdir.

Fətəli Umudlu – Retro maşın həvəskarı: "10 il əvvəl Amerikadan gətirilib. Maşın 1965-ci ildə restavrasiya olunub. 3-3 mator, 8 silindir, sürət qutusu avtomatdır”.

Retro klubun daha bir maraqlı üzvü isə Bakının küçələrində nadir rastlaşdığımız Volga Gaz-24 markalı avtomobildir. 1982-ci il istehsalı olan bu maşının bütün ehtiyat hissələri özününküdür.

Bəxtiyar Nəbiyev – Retro maşın həvəskarı: "Əsas fərq ondan ibarətdir ki,müasir maşınlarda injektor sistemidir, bunda karbüratör. Ümumiyyətlə mühərrikin at gücündə də fərq var. O dövrlərdə 2400 kubluq avtomobilin mühərriki olurdu 80-90 at gücündə, indi 2400 kubluq mühərriklərdə at gücü hətta 170-i də keçir”.

Həvəskarlardan avtomobilini orijinal görünüşdə saxlayanlarla yanaşı, əsas görünüşünü qorumaq şərti ilə müasir detallarla yeniləyənlər də var.

Yusif Cavadzadə – Retro maşın həvəskarı: "Maşın artıq 4 ildir məndədir. 1991-ci ilindir, VAZ 21-06-dır, 03 mühərrikdir, 65 at gücündədir. Son 4 ildə maşının çox şeyi dəyişilib. Öz istəyimizə uyğun yığılıb”.

Zaur Həsənov – Retro maşın həvəskarı: "Məndə uşaqlıqdan həvəs yaranıb. 2 ildir bu maşın məndədir. "VAZ 21-0 modelidir. Restavrasiya görüb, təzə rənglənib”.

Özündə ötən əsrin rəngini, tarixini yaşadan bu maşınlar sərgilərə, fotosesiyalara, klip çəkilişlərinə də təklif alır.

Sənan Səmədov – Retro maşın həvəskarı: "Biz sürüşlərdə sırf maskviçləri təmsil edirik: Festivallarda, çəkilişlərdə klip çəkilişləridə, film çəkilişlərində. Burada 21-40, Konbin, Moskviç - 408, 401-də var”.

Maşınların bir hisssəsi sifarişlə xaricdən gətirilib, bir hissəsi isə gənclərə ata və babalarından yadigardır. Bir zamanlar xüsusilə varlı, vəzifəli şəxslərin idarə etdiyi "Volqa”, "GAZ” , "Lada” markaları indi nə qədər köhnəlsə də, görünüşü ilə yanaşı, üzərinə hopan tarixi ilə daim seçilir.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib