Bir proqramdan doğan ümid işığı

Bir proqramdan doğan ümid işığı
KÖŞƏ
13:43 03.02.2017
2903
Cahangir MƏMMƏDLİ,

BDU Jurnalistika fakültəsinin dekanı, professor
 
Neçə il keçdi, Ermənistanı həqiqət yoluna gətirmək mümkün olmadı. Mümkün olmadı ona görə ki, yalan və uydurma, dünyanın ən alçaq xisləti bu dövlətin tərbiyəsiz tərbiyəsindədir. Və bizə belə bir şey bir daha məlum olur ki, xisləti terrorçuluq fəaliyyəti ilə yoğrulmuş bir dövləti həqiqət yoluna ancaq məcbur etməklə gətirmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayılın Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işləri ilə bağlı sərəncamı - bütöv bir xalqın uşaqdan böyüyə ruh yüksəkliyi və milli inam hissi ilə qəbul etdiyi bu sərəncam qəlbimizdəki Vətən sevgisini işıqlandırdı və Böyük qayıdışa qəti bir inam yaratdı. Bu sərəncamın xalqda, millətdə yaratdığı böyük rezonans Azərbaycan telekanallarının şah əsəri olan AzTV-dən başlamış bütün televiziya məkanında maraqlı müzakirələrə, içimizdəki inamı daha da alovlandıran ziyalı söhbətlərinə səbəb oldu. Belə ziyalı söhbətlərdən biri ötən bazar günü, necə deyərlər, praym-taym - ən baxımlı vaxtda İctimai Televiziyada efirə gedən "Diqqət mərkəzi" proqramında baş tutdu.
 
İTV-nin istedadlı jurnalisti, aparıcılıq xəttində İctimai Teleradionun və onun kollektivinin azərbaycançılıq, dövlətçilik sevgisini ifadə edən Anar Yusifoğlu, Azərbaycan media mühitində, ədəbi dairələrdə və ictimai rəydə ləyaqətli vətəndaş imici ilə sevgilər qazanmış Umud Rəhimoğlu və Azərbaycan dövlətçiliyinin ən çətin günlərində sinəsini antiazərbaycan qüvvələrə qarşı sipər etmiş "Səs" qəzeti və onun yaradıcısı Bəhruz Quliyevi proqrama dəvət etmişdi.
 
Dünyanın isti-soyuğunu dadmış, dünya xaosuna yaxşı bələd olan və Azərbaycanımızı bu qarmaqarışıqlıqdan qorumaq istəyi ilə media fəaliyyəti göstərən bu iki ziyalının efir dialoqu məni, hər şeydən əvvəl, bir vətəndaş kimi duyğulandırdı. Bu iki istedadlı ekspertin cəmi yarım saata yaxın efir vaxtında Prezidentin tarixi sərəncamının mahiyyəti, qiyməti və cəmiyyətə, ordumuza təsiri, köçkün dünyası yaşayanların qəlbində yaratdığı qələbəyə qəti inam hissi əvəzolunmaz təəssüratla nəticələndi.
 
İçində Vətən sevgisi yaşadan mənim köçkün həmkarım Umud müəllim, müstəqil Azərbaycanın yarandığı gündən özünün yaratdığı "Səs" qəzeti ilə bu Vətəni xəbislərdən qoruyan Bəhruz müəllim! Sözünüzün səmimiyyətinə, fikirlərinizin dəqiqliyinə və qətiliyinə ifadənizin hər anındakı publisist mesajlarınıza görə sizə minnətdaram.
 
Əzizim Anar müəllim! Qoy jurnalistikada Qərbin özündən uzaqlaşdırıb bizə sırıdığı, "mən deyəni et, mən edəni etmə" prinsipi ilə bizim bəzilərimizi hələ də təsir altına salaraq, jurnalistika ideologiyadan uzaq olmalıdır, kimi qeyri-elmi və bunu ancaq bizə şamil etmək cəhdlərinin boş olduğunu Siz bu ideoloji - cəsarətlə təkrar edirəm - bu ideoloji proqramla alt-üst etdiniz.
 
Min təşəkkür olsun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT