Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?

Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
SOSİAL
16:44 15.07.2026
817
Səhər yolüstü içilən qəhvə, gün ərzində geyinilən paltar, istifadə olunan telefon, axşam edilən alış-veriş...

Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən bu məhsul və xidmətlərin əksəriyyəti dünyanın tanınmış brendlərinə məxsusdur. Halbuki cəmi 25-30 il əvvəl bu adların böyük hissəsi azərbaycanlılar üçün tamamilə yad idi.

Bu gün isə həmin brendlər ölkənin ən işlək küçələrində, iri ticarət mərkəzlərində və şəhərin müxtəlif nöqtələrində fəaliyyət göstərir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycana gələn ilk böyük beynəlxalq istehlak brendlərindən biri "McDonald's" olub.

Şirkət 1999-cu il noyabrın 6-da Bakının Fəvvarələr meydanında ilk restoranını istifadəyə verib. Açılış günü restoranın qarşısında uzun növbələr yaranıb, yüzlərlə insan dünya şöhrətli brendin məhsullarını dadmaq üçün saatlarla gözləyib.

Qeyd edək ki, "McDonald's"ın Azərbaycana gəlməsi asan başa gəlməyib. Şirkətlə danışıqlara 1996-cı ildə başlanılıb. Layihəyə rəhbərlik edən Maksud Mirzəyev şirkətin tələblərinə uyğun olaraq əvvəlcə xaricdə "McDonald's" sistemində təlim keçib, daha sonra isə Azərbaycanda restoranın açılması üçün zəruri icazələrin alınmasını təmin edib.

Beynəlxalq otel brendləri də həmin dövrdə Azərbaycana investisiya yatırmağa başlayıb. "Hyatt Regency", "Radisson", "JW Marriott", "Hilton", "Fairmont" və "Holiday Inn" kimi qlobal otel şəbəkələrinin fəaliyyətə başlaması Bakının beynəlxalq biznes və turizm mərkəzi kimi mövqeyini daha da gücləndirib.

2000-ci illərin əvvəllərindən etibarən Azərbaycan bazarına əsasən geyim və idman məhsulları istehsal edən dünya brendləri daxil olmağa başlayıb.

Bu dövrdə "United Colors of Benetton", "Adidas", "Nike", "Mango" və "LC Waikiki" kimi məşhur brendlər ölkə bazarında fəaliyyətə başlayıb. İlk mağazaların əksəriyyəti Bakının mərkəzi küçələrində yerləşib.

2009-cu ildən etibarən iri ticarət mərkəzlərinin istifadəyə verilməsi beynəlxalq brendlərin Azərbaycana girişini daha da sürətləndirib.

"Park Bulvar", "28 Mall", "Metro Park" və "Gənclik Mall" kimi iri ticarət mərkəzlərinin açılması beynəlxalq şirkətlər üçün yeni imkanlar yaradıb.

Məhz bu dövrdə İspaniyanın "Inditex" qrupuna daxil olan "Bershka", "Pull&Bear", "Stradivarius", "Massimo Dutti" və "Oysho" kimi məşhur markalar Azərbaycan bazarına daxil olub. Eyni zamanda "Mothercare", "Accessorize" və digər beynəlxalq pərakəndə satış şəbəkələri də fəaliyyətə başlayıb.
2010-cu illərdə sürətli qidalanma sektorunda da rəqabət güclənib.

"KFC", "Burger King", "Papa John's Pizza", "Domino's Pizza", "Gloria Jean's Coffees" və "Caribou Coffee" kimi beynəlxalq restoran şəbəkələri Azərbaycanda fəaliyyətə başlayıb. Bununla da ölkədə fəaliyyət göstərən beynəlxalq restoran brendlərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan bazarında diqqət çəkən hadisələrdən biri də "Zara" brendinin ölkəyə gəlişi olub. Şirkətin ilk mağazası 2011-ci ilin noyabrında "Nərgiz Mall"da fəaliyyətə başlayıb. Bir il sonra ikinci mağaza "28 Mall"da açılıb. 2016-cı ildə isə "Gənclik Mall"da istifadəyə verilən üçüncü mağaza sahəsinə görə Qafqaz regionunun ən böyük "Zara" mağazalarından biri hesab olunurdu.

2015-ci ildə isə dünyanın ən tanınmış qəhvə şəbəkələrindən biri olan "Starbucks" Bakıda ilk filialını açıb.

2018-ci ildən sonra Azərbaycan bazarına kosmetika, məişət əşyaları və geyim sektorunda fəaliyyət göstərən yeni beynəlxalq markalar daxil olub.
Bunlar arasında "The Body Shop", "MAC Cosmetics", "Miniso", "Skechers", "Kiabi", "U.S. Polo Assn." və digər şirkətlər yer alır.

Elektronika bazarında isə "Samsung", "LG", "Bosch", "Siemens", "Sony", "Huawei", "Xiaomi" və "Apple" məhsullarının rəsmi satış və servis mərkəzlərinin fəaliyyətə başlaması istehlakçılara beynəlxalq zəmanətlə məhsul almaq imkanı yaradıb.

Son illərdə "Miniso", "Bath & Body Works", "Victoria's Secret Beauty" və "Joma" kimi brendlər də Azərbaycan bazarına daxil olaraq ölkədə fəaliyyətlərini genişləndirib. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı