Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
İQTİSADİYYAT
14:59 06.10.2026
222

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün” layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacın uşağın adına əkildiyini təsdiqləyən xüsusi sertifikat təqdim olunur. 

Layihə haqqında fikirlərini bölüşən Kapital Bank-ın Əməliyyatlar ofisinin lideri Məhəmməd İbrahimov qeyd edib: "Bu layihəni bizim üçün xüsusi edən odur ki, hər yeni doğulan uşağın dünyaya gəlişi bir ağacın əkilməsi ilə yaşıl bir izə çevrilir. Uşaq böyüdükcə bu təşəbbüsün yaratdığı xatirə də onunla birlikdə böyüyür. İstəyirik ki, illər sonra həmin uşaq onun adına əkilən ağacı gördükdə, dünyaya gəlişinin cəmiyyət üçün dəyərli bir hadisə olduğunu hiss etsin. Beləliklə o, həyatının ilk günündən başlayan bu xatirəni illər sonra da yaşada bilsin”. 

"Adı ilə böyüsün” layihəsi sentyabr ayından etibarən həyata keçirilir və layihə çərçivəsində ağacların əkildiyini təsdiqləyən sertifikatlar Birbank müştərilərinə həftəlik əsasda SMS vasitəsilə göndərilir. Valideynlər sertifikatın həqiqiliyini yasilgelecek.az saytı üzərindən yoxlaya bilərlər.  

Təşəbbüs körpələrin dünyaya gəlişini gözəl xatirəyə çevirməklə yanaşı, yaşıllığın artırılmasına və ətraf mühitə qayğı mədəniyyətinin təşviqinə də diqqət çəkir. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC və "Kapital Bank”-ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.  

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.  

a
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI