Ömür yolunun uğurlu addımlarla irəliləməsi daima insanoğlunun arzularından olub. Çünkü ləyaqətli həyat mübarizəsində uğurlu addımların böyük əhəmiyyəti var. O uğurlu addımlar ki, işıqlı gələcəyin qapısını açır, zirvələri və qəlbləri fəth etmək üçün insan idrakının daha dərin qatlarına və bəşəriyyət yoluna işıq tutur. Zirvələri fəth etmək istəyirsənsə çox çalışmalı, səbrli, əzmli olmalı, tutduğun yoldan dönməməli, mübariz olmalısan. Məhz bu zaman tez ya da gec uğurlu addımların gətirdiyi birinciliklər həyatına ömürlük bəzək vuracaqdır. Birincilik gətirən uğurlu addımlar isə bir ölkənin adını yüksəklərə qaldıracaq qədər önəmli və işıqlı gələcəyə aparan əvəzolunmaz addımlar kimi örnək təşkil edir. Düşünürəm ki, əgər bu birincilik elm sahəsində qazanılan birincilikdirsə daha zəruri və əvəzolunmazdır. Yaxından tanıdığım, təhsil həyatına birinciliklə başlayıb birinciliklə davam edən bir eloğlumuz var. Türkiyədə oxuduğumuz illərdə tanış olduq. Onu sadəcə tibb təhsili alan bir tələbə kimi yox, incəsənətlə, musiqiylə, idmanla da yaxından əlaqəli olan hərtərəfli və qabiliyyətli bir gənc kimi tanıdım. Qeyd edim ki, universitet təhsilindən əlavə müxtəlif faydalı məşğuliyyətlərə vaxt ayırmaq, ancaq nizam-intizamlı, təmkinli və məqsədyönlü olmaqla mümkündür. Elə söhbət də bu mümkünləri öz həyat yolunda birləşdirən gənc dostumuz, bu yaxınlarda Türkiyədə TUS (Tıpta Uzmanlık Sınavı - Tibdə Mütəxəssislik İmtahanı) imtahanında xarici tələbələr arasında birinci yer tutaraq Azərbaycanın adını layiqincə təmsil edən Dr. Məhəmməd Fətullah oğlu Qafarovdan gedir. Türkiyədə ən çətin imtahanlardan biri sayılan TUS imtahanındakı birinciliyi onun ilk uğurlu addımı deyil. Bu yazını oxuduqca Məhəmmədi daha yaxından tanıyacaq, bir Azərbaycanlı olaraq onunla fəxr edəcəksiniz. Əbəs yerə deyildir ki, Məhəmmədin uğurları ilə fəxr edən müəllimləri, təhsil sahəsindəki vəzifəlilər onun haqqında ağız dolusu danışırlar. Onlardan biri Azərbaycan Respublikası, Təhsil Nazirliyinin Xaricdə Təhsil Sektorunun Müdiri, filologiya elmləri namizədi, dosent Əlipaşa Zeynalovdur. O, Məhəmmədin təhsildə göstərdiyi müvəffəqiyyətlərlə kollektiv olaraq qürur duyduqlarını bildirir: “Təhsil Nazirliyi olaraq Məhəmmədi yüksək göstəricilərlə oxuyan tələbə kimi tanıyır və təhsildə əldə etdiyi uğurlarına görə həmişə onunla fəxr edirik. Dövlət Proqramı çərçivəsində bakalavr təhsilini tamamlayan Məhəmmədi dərslərində göstərdiyi müvəffəqiyyətlərə və bu il Türkiyədə TUS imtahanında əldə etdiyi birinciliyə görə yenidən Dövlət Proqramına tövsiyə etdik. İntellektual səviyyəsi ilə yüksək insani keyfiyyətlər nümayiş etdirən Məhəmmədlə söhbət etmək belə çox xoşdur və bir o qədər də maraqlıdır. Türkiyədə uzmanlıq pilləsini tamamlayaraq ölkəmizdə fəaliyyət göstərən xəstəxana və səhiyyə müəssisələrində baş həkim, şöbə müdiri və müxtəlif vəzifələrdə çalışan və tanınan həkim məzunlarımız kimi Məhəmmədin də gələcəyinin parlaq olacağına ürəkdən inanıram.”İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi, Ürək-Damar Cərrahiyyəsi kafedrasının müdiri, professor, tibb elmləri doktoru Enver Dayıoğlu isə gənc həkimimizi bacarıqlı tələbə kimi qələmə verərək onun dərin nəzəri bilikdən əlavə yüksək səviyyədə praktik bacarığa da yiyələndiyini və verilən tapşırıqları vaxtında yerinə yetirdiyini, öz üzərində çox çalışdığını və beləliklə də TUS imtahanında ən yüksək nəticə əldə edərək təhsilində üst pilləyə keçməyə haqq qazandığını bildirir.Azǝrbaycan Tibb Universiteti, İctimai Sağlamlıq vǝ Sǝhiyyǝnin Tǝşkili Kafedrasının dosenti, tibb elmlǝri namizǝdi Baxşǝli Vəliyev isə tələbəsi Məhəmmədi belə xarakterizə edir: “Mǝhǝmmǝd dǝrslǝrindǝ çalışqan, araşdırmacı xüsusiyyǝtǝ malik, tǝlǝbǝ vǝ müǝllim kollektivinin hörmǝtini qazanan, çevrǝsi ilǝ ünsiyyǝtdǝ sǝmimi, bir sözlǝ - tǝrbiyǝli vǝ nümunǝvi tǝlǝbǝ olaraq yadımda qalmışdır.2004-cü ildǝ ǝn yüksǝk nǝticǝ ǝldǝ edǝrǝk universitetimizǝ qǝbul olan vǝ dǝrslǝrindǝ göstǝrdiyi müvǝffǝqiyyǝtlǝrǝ görǝ 2007-ci ildǝn etibarǝn Türkiyǝ Respublikasının İstanbul Universitetinin İstanbul Tibb Fakültǝsindǝ tǝhsilini davam etdirmǝyǝ göndǝrilǝn Mǝhǝmmǝd bu il xarici tǝlǝbǝlǝr arasında TUS (Tıpta Uzmanlık Sınavı) üzrǝ Türkiyǝ birincisi olaraq Azǝrbaycanın adını layiqincǝ tǝmsil etmiş vǝ bu növbǝti uğuru ilǝ dǝ müǝllimlǝrinin bir daha sevgi vǝ hörmǝtini qazanmışdır. Bu uğur hǝlǝ Azǝrbaycanda ikǝn onun tǝlǝbǝlǝr arasında mükǝmmǝlliyyǝtçiliyi ilǝ seçildiyinin vǝ aldığı tǝhsilǝ yüksǝk sǝviyyǝdǝ ǝhǝmiyyǝt verdiyinin ǝyani göstǝricisi vǝ nǝticǝsidir.Dr. Mǝhǝmmǝd Qafarovun bundan sonrakı tǝhsil pillǝsindǝ vǝ akademik kariyerasında daha yüksǝk nǝticǝlǝr göstǝrǝcǝyinǝ vǝ dövlǝtini, xalqını beynǝlxalq müstǝvidǝ layiqincǝ tǝmsil edǝcǝyinǝ inanıram.”Biz də Baxşəli müəllimin dediklərinə qoşulur və gənc mütəxəssisin aydın gələcəyinin çox uzaqda olmadığına inanırıq. İndi isə gəlin daha yaxından tanıyaq, kimdir Məhəmməd Qafarov?Məhəmməd Qafarov 25 iyun 1986-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistanın) Göyçə mahalının Vardenis (Basarkeçər) rayonunun Babacan kəndində anadan olub. Ata babası Qurban müəllim Həzrəti Məhəmməd Peyğəmbərimizin adından təsirlənərək körpəyə Məhəmməd adını verib. Babası Məhəmmədin oxuyub yazmağa meyilli olduğunu sezərək üç yaşından etibarən ona ana dilimizin hərflərini öyrətməyə başlayıb. Məhəmməd uşaqlıq illərində, nə qədər dəcəl olsa da, ciddi xarakterə malik olmağı ilə digər yaşıdlarından həmişə fərqlənib.Ermənistandan, doğma yurdlarından azərbaycanlıların 1988-ci il deportasiyasından sonra ailəsi ilə Bakı şəhərində məskunlaşan Məhəmməd, 1993-cü ildə Nərimanov rayonu, Alı Mustafayev adına 202 saylı orta məktəbin birinci sinfinə daxil olub. Bu orta məktəbin 9-cu sinfini bitirən Məhəmməd orta təhsilini babasının yanında - Daşkəsən Rayonunun Quşçu qəsəbə məktəbində tamamlayıb. O, orta təhsil illərində dəqiq fənlərə daha çox həvəs göstərib, müxtəlif fənlər üzrə (fizika, kimiya və riyaziyyat) rayonlararası olimpiyadalarda iştrak edib. 2004-cü ildə orta təhsili başa vurduqdan sonra, ali təhsil almaq üçün 4-cü qrup üzrə imtahan verib, 679 balla (bu qrup üzrə birinci) Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə daxil olan Məhəmməd göstərdiyi bu yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülüb. 4-cü kursa qədər təhsilini ATU-da davam etdirib və bu müddət ərzində Prezident təqaüdü alıb. Daha sonra isə Prezident İlham Əliyev cənabları tərəfindən "2007-2015-ci illər arasında Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" imzalanan sərəncam çərçivəsində tərtiblənən imtahandan keçərək Türkiyə Respublikasında təhsilini davam etdirmək hüququnu qazanıb.Beləliklə, 2007-ci ildən etibarən İstanbul Universitetinin İstanbul Tibb Fakültəsində (Çapa) təhsilini davam etdirərək internatura üzrə təcrübəsini də başa vuran və bu ildən Türkiyənin Hacettepe Universitetinin Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə ixtisasında uzmanlıq (mütəxəssislik) pilləsinə qəbul olan Məhəmmədin ailəsi dörd nəfərdən ibarətdir: ata, ana və iki övlad. Anası Çiyələm Qafarova evdar qadındır. Atası Fətullah Qafarov N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirib, hazırda həkim olaraq çalışmaqdadır. Ailənin böyük övladı olan İlham Qafarov isə İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinin məzunudur. Təqdirəlayiq bir haldır ki, hər iki oğul müqəddəs ata məsləyinin davamçılarıdır.Məhəmməd ən əhəmiyyətli və sosial məramlı sahə kimi qiymətləndirdiyi tibbin hər zaman yeniləşməyə və müasirləşməyə ehtiyacı olduğunu düşünür. Buna görədir ki, o, hələ bakalavr tələbəsi ikən tibb sektorunda istər yerli, istərsə də beynəlxalq müstəvidə gələcəkdə öz layiqli yerini tutmaq üçün bütün gücünü və vaxtını əzmlə çalışmağa, araşdırmalar aparmağa sərf edib. Birinciliyi nəticəsində uzmanlıq (mütəxəssislik) pilləsinə qəbul olduğu “Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə” ixtisası üzrə gələcəkdə, xüsusən Azərbaycanda, peşəkar kadr kimi yenilikər yaratmağa və ümumən də tibb sahəsinin inkişafına elmi tövhələri ilə xidmət etməyə çalışacağını vurğulayır. Məhəmmədin ən böyük arzusu ali təhsilin uzmanlıq pilləsini də müvəffəqiyyətlə tamamlayaraq peşakar həkim olmaq, akademik kariyerasını qurmaq və eləcə də özünü vətənimizin ən layiqli vətəndaşı kimi yetişdirib xalqımızın sağlamlığı keşiyində durmaqdır. Elə bu minvalla da birinciliklə başlayan uğurlu addımların sahibinə - gələcəyin akademikinə bundan sonrakı təhsilində və həyatında bir-birini izləyən birincilik uğurları arzulayırıq.Dr.Vəfalı ƏNSƏR (Bilaloğlu)