“İran-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələr var”
Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd peyğəmbərin qızı, xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirə QMİ sədri Allahşükür Paşazadə ilə yanaşı, İranın ali dini liderinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Seyid Əli Əkbər Ojaq Necad, tanınmış ruhanilər və ziyalılar qatılıb.Allahşükür Paşazadə Fatimeyi-Zəhranın islam dinində ideal qadın olduğunu, həyatda xoşbəxtlik axtaran xanımlara ən gözəl nümunə sayıldığını deyib. Hacı Allahşükür Paşazadə artıq 14-cü ildir ki, Fatimeyi-Zəhranın şəhadətə qovuşmasının Azərbaycanda qeyd olunduğunu xatırladıb.Hacı Allahşükür Paşazadə həmçinin İran-Azərbaycan münasibətlərindən danışıb:“Hər iki tərəfdə bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. Amma biz din adamları buna imkan verməməliyik. İranla Azərbaycanın qardaşlıq münasibətlərinin daha da yaxşılaşmasına çalışmalıyıq”.