Əfsələddin Ağalarov
Yadımdadı, uşaq vaxtı “Şirinlər” cizgi filmini o qədər izləyirdim ki, yolda-kolda harda uzunburun adam görürdümsə, onu bu cizgi filminin məşhur qəhrəmanı, hər fürsətdə şirinləri yemək üçün min hoqqadan çıxan Qarqamelə oxşadırdım. Hələ deyirlər ki, belələri gözümə dəyən zaman harda gəldi “Qaçın! Qarqamel hamımızı yeyəcək, qaçın!” - deyə qışqırırmışam. Nə bilim, uşaqlıqdı. Çağan olmaqdandır ki, gerçəklikləri beynindəki qəhrəmana bənzədirsən.
Amma “Şirinbaba” qəhrəmanı davaridiocizgifilmində. Gömgöy rəngi, bapbalaca boyu, qırmızı papağı və ağ saqqalı ilə bütün yaxşıların qurtarıcısı obrazını canlandırırdı. Amma boyundan, rəngindən fərqli olaraq “Qarqamel”in elə oyunlarının üstünü açırdı ki, uşaq beynimlə mat-məhəttəl qalırdım. Nəticə olaraq, Qarqamel hər zaman uduzur və “Şirinləəərrr” deyə sonda qışqırırdı. İdeal səslənsə də, yaxşıların qazandığı bir dünyanı ilk dəfə o cizgi filmində görmüşdüm.
İndi böyümüşük. Gerçəklikləri tam fərqli prizmadan görməyə başlamışıq. Amma Qarqamel də, onun uzun burnu da hər zaman yadımdadır. Daha doğrusu, yadımdan çıxmır. Bilirsiniz niyə? Axı biz uşaqlığımızı “Şirinlər”ə bənzətdiyimiz kimi, bəziləri də uşaqlığını Qarqamelə bənzədir. Axı yaxşılar böyüdüyü kimi, pislər də boy atır, uzanır və bu günümüzə gəlib çıxır. Bax, mübarizə də cizgi filmindən real həyata daşınır gözlərimiz önündə…
İndi məmləkətimizi yağmalaq istəyən Qarqamellər ortaya çıxıb. Həmənki kimidilər. Biədəb misalda deyildiyi kimi “fırt eliyib burnundan düşüblər” sanki. Ən böyük oxşarlıqları da bilirsiniz nədir? Uzun burunları.
Məsələn, Xədicə İsmayıl kimi bir jurnalist var bizim məmləkətdə. Leyla Yunus var bizim ətrafımızda. Hələ onun ərini də unutmaq olmaz. O da bizim qazanımızı qarışdırmaq üçün can atanlardandır. Amma hamısını yaxşı tanıyırıq. Nə üçün və kim üçün xidmət etdiklərini yaxşı bilirik. Elə “uzun burunlar”ını görən kimi nə istədiklərini həmin dəqiqə anlayırıq.
Bu Qarqamelləri bizim aramıza qatanları da tanıyırıq. Amerika və onun böyük maliyyə mənbələri Qarqamelləri üstümüzə qısqırdır. Amma oyun bitəndə “şirinləərrr” deyə qışqıran biz yox, Qarqamellər olacaq. Bax o zaman nə pislik qalır, nədə ki, oyun. Yaxşılar udur və geridə pisləri xatırlayan tarixin tozlu səhifələri qalır.
İndi də ortaya Türkiyədəki Amerikanın Qarqamelləri çıxıb. Hər vəcdə ölkəmizə qarşı təxribat xarakterli dezinformasiya xarakterli məlumatlar yayırlar. Məsələn, yadınızdadırsa, erməni helikopterini məhv etdiyimiz gün “CNN Türk” Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim etmiş və vurulan helikopterin bu qondarma respublikaya aid olduğunu qeyd etmişdi. Bizim sərt reaksiyamızdan sonra üzr istədilər. Amma mahiyyətini açdığımız fəaliyyəti hərəkətə gətirən çarxın fırlanması hələ də davam edir göründüyü kimi.
İndi isə Türkiyənin “Sabah” qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib. Bu proses ABŞ-ın ölkəmizə yönəlik daxili təzyiqlərinə etiraz olaraq Azərbaycan hökümətinin sərgilədiyi mövqeyindən sonra başladı.
Nəticəyə baxdıqda isə “CNN Türk”ün ABŞ-ın dünyaca məşhur “CNN”-in Türkiyə ayağı olduğunu hamımız bilirik. Elə buna görə də, bu dəfə “Sabah” kimi at izi it izinə qarışmış, hər iki-üç ildən bir əl dəyişdirən bir mətbuat orqanını seçmək daha məntiqli idi. Amma maraqlı faktlar var. Bizdən gizlədilən və ya bizim bilmədiyimiz faktlar.
Ümumiyyətlə, bunu hamımız bilməliyik ki, Türkiyədə hazırda heç bir mətbuat orqanı “gazeteciler”in əlində deyil. Yəni Türkiyə kimi böyük bir dövlətin bütün media quruluşları bu və ya digər firmada holdinqlərin, böyük şirkətlərin əlində cəmlənib. Yaradıcı işə isə bu holdinqlərin qapısında yatan jurnalistlər dəvət olunur və onların əməyindən istifadə edilir.
“Sabah” isə sonuncu dəfə 2013-cü ildən Kalyon Grupun “parası” ilə fəaliyyətini davam etdirir. “Kalyon Grup” isə Türkiyədə az tanınan bir holdinq olsa da, gördüyü işlər boyundan böyükdür. Maraqlıdır ki, bu holdinqin qazandığı tenderləri heç kim qazana bilmir. Tenderlər isə daha çox ABŞ şirkətlərinin investisiya qoyduğu və ya qoymağa maraqlı olduğu sahələrə aiddir.
Digər maraqlı bir məqam isə qəzetin hazırda baş redaktoru olan Erdal Şafakın kimliyidir. Erdal Şafak mövcud Türkiyə hakimiyyəti ilə barışmaz mövqedə duran və tez-tez yazdığı köşə yazıları ilə müxtəlif spekulyasiyalarla məşğul olan bir jurnalistdir. İddiaya görə, Fatih Altaylıdan sonra bu qəzetin baş redaktorlarının hamısı bu və ya digər formada ABŞ-la güclü əlaqələri olan insanlardır.
Sonuc ortada. Heç kəsə sirr deyil ki, bütün hadisələrin altında mütləq bir səbəb yatır. Ətrafımızda olan reallıqların bizə diktə etdiyi məntiqdən doğan acı həqiqət kimi, indi biz nə “şirinlər” cizgi filminə baxırıq, nə də ki, Qarqamellər bu cizgi filmindəki kimi yalnız yemək üçün mübarizə aparır.
Bizə isə bir yol qalır. İçimizdəki və çölümüzdəki “yekə burunlular”ı görən kimi onları barmağımızla göstərmək və ətrafımızdakı soydaşlarımıza da bunların məqsədlərini nədən ibarət olduğunu qışqıraraq deməkdir. Çünki bizə başqa yol buraxmadınız.