Bölgələrdə əriyin qiyməti yerində neçəyədir? - VİDEO

Bölgələrdə əriyin qiyməti yerində neçəyədir? - VİDEO
SOSİAL
21:15 02.06.2026
178
Ərikin daha çox becərildiyi rayonlardan biri də Goranboydur. Bu il  rayonda qeyri-sabit hava şəraiti tez yetişən əriklərin məhsul verməsinə təsir göstərib. Bitkinin çiçəklənmə dövründə yağış, soyuq hava məhsuldarlığı aşağı salıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Goranboydan olan təsərrüfat sahibi Rasim Nəbiyev 8 hektar bağda 5 növ ərik yetişdirir. Amma ötən illə müqayisədə bu il tez yetişən əriklərdən yetərincə məhsul yığa bilməyib. Bu qiymətlərin də baha olmasında səbəb olub.

Fermer onu da qeyd edir ki, hazırda ərikin kilosu 5-6 manatdır. Amma keçən il 1.50-2 manat idi.

Aran bölgəsində isə vəziyyət fərqlidir. Saatlıda Naharlı kəndində 3 il əvvəl salınan ərik bağından ilk kütləvi yığım başlayıb. Bağ sahibi bildirib ki, hava şəraiti qeyri- sabit olsa da bölgənin iqlimi meyvənin yetişməsinə münasib olub.

Hazırda məhsulun qiyməti keyfiyyətinə görə 2-5 manat arası dəyişir.

OXŞAR XƏBƏRLƏR