BMT-dən Pakistana xəbərdarlıq: Ölkə susuz qalacaq

DÜNYA
00:34 15.10.2021
226
BMT nəzdindəki Hökumətlərarası İqlim Dəyişiklikləri Paneli (IPCC) yeni hesabatını yayımlayıb.

Hesabata əsasən, qlobal istiləşmənin fəsadları, artıq geri dönüşün mümkün olmadığı bir səviyyəyə çatıb.

Sənəddə 2050-ci ilədək Pakistanda bütün içməli su ehtiyatlarının tükənəcəyi bildirilib və ölkə rəhbərliyinə müvafiq xəbərdarlıq edilib.

Həmçinin, növbəti onilliklər ərzində Maldiv kimi bir sıra ada dövlətlərin yer üzündən silinməsi təhlükəsilə qarşılaşacağı qeyd olunub.

OXŞAR XƏBƏRLƏR