BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq

BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
DÜNYA
19:09 21.06.2025
413
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) Ankara təmsilçiliyi açılacaq.

Qeyd edilib ki, bununla əlaqədar Türkiyənin xarici işlər naziri Hakan Fidanla UNRWA komissarı Filip Lazzarini "Türkiyə Respublikası Hökuməti ilə UNRWA arasında UNRWA-nın Ankara Nümayəndəliyinin yaradılmasına dair Saziş” imzalayacaq. Sazişin imzalanması mərasimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, UNRWA BMT-nin qərarı ilə 8 dekabr 1949-cu ildə qurulub və 1950-ci ilin mayından fəaliyyətə başlayıb.

Türkiyə 2023-cü ildən indiyədək bu təşkilata 33 milyon dollar dəyərində yardım edib.
 
///report
OXŞAR XƏBƏRLƏR