Bodrum limanının yeni sahibi Mübariz Mənsimovdur

Bodrum limanının yeni sahibi Mübariz Mənsimovdur
Bütün Xəbərlər
07:45 21.06.2011
1693
İş adamı Bodrumdakı Port Bodrum Yalıkavak Marina limanını 42 milyon dollara alıb. Keçən ilin sonlarında limanın sahibi Cefi Camhi ilə ilkin anlaşma əldə edən Mübariz Mənsimov 42 milyon dollar müqabilində limanın yeni sahibi olub.

Məlumata görə, tərəflər arasında müqavilə imzalandıqdan sonra limanın girişində Azərbaycan bayrağı qaldırılıb. Yeni liman ilə bağlı açıqlama verən azərbaycanlı iş adamı yeni uğurlara yol açdığını diqqətə çatdırıb: “Məqsədimiz burada Türkiyənin yox, dünyanın ən yaxşı limanını qurmaqdır. İstənilən həcmli yaxtaların limana asan girişini təmin etmək üçün lazımi tədbirlər görüləcək. Qonaqların qarşılanması sahəsində də bir sıra yeniliklər həyata keçirəcəyik. Burada dünyanın ən məşhur markalarını bir yerə toplayacağıq”.

OXŞAR XƏBƏRLƏR