Təşkilatın mətbuat xidmətinin rəhbəri Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, mərasimdə ATGTİ-nin sədri Şahin İsmayilov, kitabın tərtibatçısı, Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev və təşkilatın fəalları iştirak edirdilər.
ATGTİ-nin sədri Şahin İsmayilov “Boloniya yaddaş kitabçası” haqqında geniş məlumat verərək, bildirdi ki, artıq sabahdan etibarən bu kitablar bütün ali təhsil müəssisələrinə göndəriləcək və maraqlanan tələbələr kitabları pulsuz əldə edə bilcək. İlkin mərhələdə kitablar təhsil müəssisələrinin fəallarına və aşağı kurs tələbələrə paylanılacaq. Yeni tədris ilində isə Boloniya prosesi ilə bağlı seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Daha sonra çıxış edən professor Əfqan Abdullayev kitabçanın tələbələr üçün əhəmiyyətidən danışdı, və qeyd etdi ki, məhz 2005-ci ilin bu günü (19 may) Norveçin Berge şəhərində Azərbaycan ilk dəfə Boloniya prosesinə qoşulub.
Sonda qonaq Avropa təhsil sistemi haqqında tələbələrin çoxsaylı suallarını cavablandırdı .
Qeyd edək ki, ilkin tiraj üçün “Boloniya yaddaş kitabçası”dan 5000 nüsxə çap edilib.