Bolqarıstan XİN Ukrayna səfirinə PUA insidenti ilə bağlı etiraz edib

Bolqarıstan XİN Ukrayna səfirinə PUA insidenti ilə bağlı etiraz edib
DÜNYA
19:31 10.08.2026
247
Bolqarıstanın xarici işlər naziri Velislava Petrova Ukraynanın ölkədəki səfiri Olesya İlaşçuka ölkənin hava məkanına hər hansı icazəsiz müdaxilənin qəbuledilməz olduğunu bildirib.

Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin saytında yayılan açıqlamada qeyd olunub.

İlaşçuk avqustun 8-də Bolqarıstan ərazisinə PUA-nın düşməsi ilə bağlı insidentdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, PUA Rumıniya sərhədi yaxınlığında Trans-Balkan qaz kəmərinin kompressor stansiyalarının yaxınlığında partlayıb.

Bolqarıstan XİN hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Nazirlik ölkənin hava məkanının pozulmasına yol verilməyəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR