"Bolt"un sürücüsü müştərisinin kartından 5000 manat oğurladı

"Bolt"un sürücüsü müştərisinin kartından 5000 manat oğurladı
HADİSƏ
13:04 23.02.2026
769
"Bolt" sürücüsü qonaq getdiyi evdə oğurluq edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müştərisi taksi sürücüsü Seyhunu (şərti) evinə dəvət edib. Seyhun müştərisinin evində olarkən gizli şəkildə onun bank kartından 5000 manat pulu öz bank kartına köçürüb. Daha sonra isə evi tərk edib. 

Müştəri olaydan xəbər tutduqda onunla əlaqə saxlayıb. Lakin Seyhun törətdiyi əməli boynuna almayıb və müştərisinə "sən mənə şər atrısan" deyib.  Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Seyhun saxlanlıb. Araşdırmalar zamanı müştərinin söylədikləri təsdiqini tapıb. 

Seyhuna Cinayət Məcəlləsinin 177.2.3-1-ci (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan təbdiri seçilib. 

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. 

Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, zərərçəkmişlə müştəri kimi tanış olub. Hadisə baş verən gün o zərərçəkmişə hal-əhval tutmaq üçün zəng vurub. Həmin şəxs onu evinə dəvət edib. Evdə olarkən zərərçəkmiş mətbəxə keçib. O da fürsətdən istifadə edərək həmin onun kartından öz kartına 5000 manat pul köçürüb.

Məhkəmə zamanı o da aydın olub ki, dəymiş ziyan ödənilib və tərəflər barışıq əldə edib. 

Məhkəmənin hökmü ilə Seyhuna 3 il müddətinə azadlığın məhudlaşdırılması cəzası təyin edilib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI