Azərbaycanda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsində 112 səs toplayaraq 7-ci yeri tutan Türkiyə təmsilçisi Can Bonomo ölkəsinə qayıdıb. İstanbul “Atatürk” hava limanında Bonomonu pərəstişkarları qarşılayıb. Hava limanında jurnalistlərə açıqlama verən Can Bonomo nəticənin sevindirici olduğunu deyib.“Nəticəyə çox sevindim. Aylardır bunun üçün çalışırdım. O qədər ölkə arasında 7 pilləyə yüksəlmək mənim kimi gənc bir musiqiçi üçün böyük uğurdur. Hər şey gözlənildiyi kimi oldu. Arxamda da böyük bir dəstək vardı. Nəticə nə olur-olsun, ölkəmdə belə qarşılanacağımı bilirdim” – deyə Bonomo bildirib.Bundan başqa bir neçə sürpriz xaric ümumi nəticələrin gözlənildiyi kimi olduğunu deyən Bonomo yaxşı çalışdıqlarını, əllərindən gələnin ən yaxşısını etdiklərini qeyd edib.