Boris Conson COVID-19 qadağalarını pozduğu üçün üzr istədi

DÜNYA
23:19 12.01.2022
267

Böyük Britaniyanın Baş naziri Boris Conson karantin qaydalarını pozaraq "Dauninq-strit” yığıncağında iştirak etdiyini qəbul edib və bunun üçün üzr istəyib.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, baş nazir bildirib ki, o , bu tədbirin iş yığıncağı olduğunu düşünüb və sadəcə 20 dəqiqə orada olub.

O axşam bunun fərqində olmadığım üçün üzr istəyirəm. Mən buna görə məsuliyyət daşıyıram və üzr istəyirəm” – B. Conson parlamentarilərin suallarını cavablandırarkən deyib.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Boris Conson ötən il 20 may tarixində karantin qaydalarını pozaraq ənənəvi olaraq keçirilən "Dauninq-strit” yığıncağında iştirak etmişdi. Bu hadisədən sonra Baş nazirin istefası tələb olunurdu.

OXŞAR XƏBƏRLƏR