Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?

Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
SOSİAL
15:04 23.10.2026
253
Ailə münasibətlərində yaranan fikir ayrılıqları bəzi hallarda tərəflər arasında ciddi mübahisələrə səbəb olur.

Bu mübahisələrin bir qismi qarşılıqlı razılaşma yolu ilə həll edilsə də, bəzi hallarda tərəflər arasında razılıq əldə olunmur və məsələ məhkəmə müstəvisinə daşınır.

Bəs ailə məhkəmələrində ən çox hansı məsələlər üzrə mübahisələr yaranır və tərəflər arasında fikir ayrılıqlarına nələr səbəb olur?

AZXEBER.COM bu suallara aydınlıq gətirmək üçün vəkillər arasında sorğu keçirib. Sorğuda iştirak edən vəkillərin mövzu ilə bağlı fikirlərini təqdim edirik.


 
Vəkil Esmira Rzayeva: "Ailə mübahisələri ilə bağlı məhkəmə proseslərində ən çox rast gəlinən məsələlər nikahın pozulması, uşağın kimin himayəsində qalması və aliment öhdəliyi ilə bağlı mübahisələrdir. Tərəflər arasında uşağın saxlanılması üçün alimentin ödənilməsi və ya ödənilməməsi ilə bağlı fikir ayrılıqları da tez-tez məhkəmə mübahisəsinə səbəb olur. Eyni zamanda, nikah dövründə birgə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət hallarına da rast gəlinir. Hazırda bu kimi məsələlər ailə mübahisələri çərçivəsində məhkəmə müstəvisinə çıxarılan əsas mövzulardandır”.


 
Vəkil Roman Qaraşov: "Məhkəmə təcrübəsində ailə-hüquq münasibətlərindən irəli gələn mübahisələr daha çox nikahın pozulması, birgə əmlakın bölünməsi, aliment öhdəlikləri, uşaqların yaşayış yerinin müəyyən edilməsi və valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaranır. Bu xarakterli işlərə, bir qayda olaraq, birinci instansiya qismində rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Burada mühüm hüquqi məsələlərdən biri mübahisənin predmetinə uyğun məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsidir. Eyni zamanda, bu işlərin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, məhkəmə yalnız tərəflərin hüquqi mövqelərini deyil, onların qanuni mənafelərini, xüsusilə də uşaqların üstün mənafeyini hərtərəfli qiymətləndirməlidir”.


Vəkil Cavanşir Qasımzadə: "Ən başlıca ailə mübahisələrindən biri məhkəmələrdə baxılan nikahın pozulması ilə bağlı işlərdir. Ailə mübahisələrinə aliment tələbi, uşağın kimin himayəsində qalması, nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və digər məsələlər daxildir. Lakin praktikada bu mübahisələrin əsasən nikahın pozulması ilə bağlı proses başladıqdan sonra məhkəmə müstəvisinə çıxarıldığını görürük.
Son dövrlərdə artan ailə mübahisələrindən biri də əmlakın bölünməsi ilə bağlıdır. Vətəndaşlar getdikcə daha çox maariflənir, hüquqi biliklərini artırır və öz hüquqlarını daha yaxşı tanıyırlar. Bu da əvvəlki illərlə müqayisədə nikah dövründə əldə edilmiş əmlakın, eləcə də evlilik müddətində yaranmış kredit borclarının və digər öhdəliklərin bölünməsi ilə bağlı mübahisələrin artmasına səbəb olur”.


 
Vəkil Hikmət Babayev: "Vəkil kimi hesab edirəm ki, ailə məhkəmələrində aktual problemlərdən biri nikahın pozulması zamanı ailənin qorunmasına yönəlmiş preventiv mexanizmlərin yetərincə effektiv olmamasıdır. Ailə Məcəlləsinin 20.2-ci maddəsi barışıq üçün üç ayadək müddət müəyyən etsə də, bu müddət ailə münasibətlərinin bərpasına yönəlmiş konkret tədbirlərlə əlaqələndirilməyib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ailə məsləhətləndirilməsi və peşəkar dəstək mexanizmlərinin qanunvericilikdə nəzərdə tutulmasını, eyni zamanda, ailədaxili zorakılıq hallarında zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsini zəruri hesab edirəm. Məqsəd şəxsləri nikahda qalmağa məcbur etmək deyil, ailənin qorunması mümkün olan hallarda onun dağılmasının qarşısını almaq üçün real imkan yaratmaqdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
"Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim" - Prezident
14:50 23.10.2026
"Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim" - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO