Branimir Subaşiç: ''Qoy, uduzaq, amma layiqli oynayaq''

Branimir Subaşiç:
İDMAN
12:58 10.09.2012
1523

Azərbaycan millisinin hücumçusu Branimir Subaşiç DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 11-də Portuqaliyaya qarşı keçirəcəyimiz oyunla bağlı müsahibə verib.

-Öncə İsraillə oyuna bir daha qayıtsaq pis olmaz...-İsrailə qarşı çox emosional oynadıq və oyunumuz heç də pis alınmadı. Deməzim ki, super oynadıq. Çünki bundan da yaxşı oynaya bilərik. Hələ ki, uşaqların gücü buna çatır və bunu da ortaya qoyurlar. Əsas odur ki, 90 dəqiqə sona qədər mübarizə apardıq. Buna görə,uşaqlara “afərin” deyərdim. Uda da bilərdik, uduza da. Reallıqla baxsaq, İsrail reytinq sıralamasında bizdən üstündür. Bu mənada heç-heçəni pis nəticə saymazdım. Ancaq öz meydançamızda oynadığımız oyunları daha yaxşı oynamalıyıq.-Artıq bizi Portuqaliya ilə ağır oyun gözləyir. Bu oyun haqda nə deyə bilərsən?-Portuqaliya artıq tamam fərqli rəqibdi. Onlarla oyunlarımız heç vaxt asan olmayıb və bu dəfə də belə olacaq. Ancaq bizim özümüzdən də çox şey aslıdır. İlk növbədə öz oyunumuzu oynamalıyıq. Qoy, uduzaq, amma layiqli oynayaq. O zaman heç kim bizi ittiham etməyəcək.-İsraillə oyunda əvəzlənən Rauf Əliyevin buna aqressiv reaksiya verməsini və ehtiyat oyunçular skamyasındakı reklam tavanını sındırmasını necə qiymətləndirərdin?-Rauf haqda heç nə demək istəməzdim. O, həm yaxşı oğlandı, həm də yaxşı futbolçu. Ola bilsin həmin anda emisional olub. Heç kim erkən əvəzlənməni qəbul etmir. Rauf da görünür meydançada daha çox qalmağı və özünü sübut etməyi istəyirdi. Ancaq baş məşqçi onu dəyişdi. Heç kimi müzakirə etmək lazım deyil. Rauf gəncdir və hər şey irəlidədir.-Portuqaliya millisinin əsas müdafiəçilərindən olan Pepe Lüksemburqla oyunda ciddi zədə alıb və böyük ehtimalla bizimlə oyunu buraxacaq. Bir hücumçu olaraq rəqibin əsas müdafiəçisinin yoxluğunu sənin üçün yaxşı xəbər saymaq olar?-Pepe haqqında nə isə deməyə ehtiyac yoxdur. Bu futbolçu “Real”da oynayır və bunun özü artıq hər şeyi deyir. O ki, qaldı suala, Portuqaliya millisində kifayət qədər futbolçu var ki, Pepeni layiqincə əvəz edəcək gücə malikdilər. Bu mənada onun yoxluğu o qədər də hiss olunmayacaq.

//Qol.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik