Braziliya ABŞ-nin seçkilərə mümkün müdaxiləsini araşdırır

Braziliya ABŞ-nin seçkilərə mümkün müdaxiləsini araşdırır
DÜNYA
22:37 04.10.2026
141
Braziliya Federal Polisi ölkədə keçirilən prezident seçkilərinə ABŞ tərəfindən mümkün xarici müdaxilə ilə bağlı ilkin araşdırmaya başlayıb.

Bu barədə Federal Polisin baş direktoru Andre Rodriges bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluq xarici müdaxilə ehtimalının yoxlanılması ilə bağlı müraciət edib. Müraciət araşdırmaya başlanılması üçün Kəşfiyyat İdarəsinə göndərilib.

Rodriges bunun hazırda ilkin prosedur çərçivəsində aparılan araşdırma olduğunu bildirib. O qeyd edib ki, cinayət işinin başlanması ilə bağlı rəsmi qərar hələ dərc edilməyib, lakin araşdırma prosesi artıq başlayıb.

Federal Polisin rəhbəri, həmçinin ABŞ və Avstraliyanın Braziliyadakı səfirliklərinə qarşı terror hücumları ilə bağlı konkret plan və ya real təhlükənin mövcudluğunu qəti şəkildə təkzib edib. Sözügedən səfirliklər təhlükəsizlik səbəbilə bir gün əvvəl konsulluq xidmətlərini dayandırmışdı.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR