Rusiya Ukraynada şəhər mərkəzini ballistik raketlə vurdu: Yaralılar arasında uşaqlar da var

Rusiya Ukraynada şəhər mərkəzini ballistik raketlə vurdu: Yaralılar arasında uşaqlar da var
DÜNYA
00:36 21.11.2026
55
Noyabrın 20-də axşam saatlarında Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinin mərkəzinə ballistik raketlə zərbə endirib.

Bu barədə Ukraynanın NV nəşri məlumat yayıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanzanın sözlərinə görə, hücum nəticəsində yaralananların sayı 20 nəfərə çatıb. Xəsarət alanlar arasında üç uşaq da var.

Yeddi yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Raket zərbəsi nəticəsində restoran, qarajlar və avtomobillərə ziyan dəyib.

Hücumdan sonra ərazidə güclü yanğın baş verib. Restoranlardan birində olan insanlar da xəsarət alıblar.

///oxu.az
OXŞAR XƏBƏRLƏR