“Brent” neftin qiyməti artdı

“Brent” neftin qiyməti artdı
İQTİSADİYYAT
21:14 17.04.2025
899
Aprelin 17-də keçirilən ticarət zamanı "Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə olaraq bir barel üçün 67 dolları ötüb.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Londonun ICE birjasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 19:00-da xammalın bir barelinin qiyməti 67,08 dollara, saat 19:20-də isə 67,27 dollara çatıb. Həmin vaxta qədər əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən artım 1,83 faiz təşkil edib. Saat 20:05-ə kimi "Brent” markalı neftin qiyməti 67,74 dollara (2,87 faiz artım) yüksəlib.
OXŞAR XƏBƏRLƏR