Bricit Makron transseksual olması ilə bağlı deyilənlərə münasibət bildirdi

DÜNYA
17:22 14.01.2022
396
Bricit Makronun transseksual olması ilə bağlı şayiələri yayanlar onun internetdə "şəcərə ağacı”ndakı məlumatları dəyişdiriblər.

Bu barədə Fransanın birinci xanımı özü məlumat verib.

"Əvvəlcə bu məsələləri uzaqdan izlədim, nə dediklərini eşidirdim, bu şəcərəmi dəyişdiklərini anlayana qədər davam etdi... Qəfildən mən öz qardaşıma "çevrildim”. Burada söhbət valideynlərimin şəcərəsindən gedir ki, bu da qəbuledilməzdir”, - deyə Fransanın birinci xanımı bildirib.

O, dörd ildir ki, bu cür böhtanlarla mübarizə apardığını vurğulayıb.

"Əgər heç nə etməsəm, səsim eşidilməyəcək. Mənə deyəcəklər ki, sən heç nə etmirsən... Bu məlumatı silmək üçün vəkillə beş gün yarım vaxt sərf etdik”, - deyə Fransa prezidentinin xanımı əlavə edib.

Bir müddət əvvəl bildirilmişdi ki, Bricit Makron onun əslində Jan-Mişel Tronye (Tronnye - birinci xanımın qızlıq soyadıdır) adlı şəxs olduğunu və cinsiyyətini dəyişdiyi barədə şayiələri yayanları hüquq-mühafizə orqanlarına şikayət edəcək.

OXŞAR XƏBƏRLƏR