Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlara səfərdən çəkinməyə çağırıb. “Biz Böyük Britaniya vətəndaşlarına Dağlıq Qarabağ və işğal altında olan ərazilərə səfər etməməyi məsləhət görürük”, - deyə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin ölkənin vətəndaşlarına ünvanlanmış məlumatında bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, bu ərazilər Azərbaycanla Ermənistan arasında münaqişə predmetidir.
Bu gün həmçinin Böyük Britaniyanın baş nazirindən müsəlmanlara dəstək gəlib. Devid Kameron avropalılara başa salmağa çalışıb ki, müsəlman və ekstremist eyni şey deyil: ”Müsəlman dünyası və qərb dəyərlərinin bir-birinə zidd olduğunu demək doğru deyil. Din və ideologiya arasında sərhəd qoymaq lazımdır. Müsəlman və ekstremist eyni anlamda işlədilə bilməz. İslam bir milyard insanın sakit bir şəkildə etiqad etdyi dindir. İslam ekstremizmi isə azlığın dəstəklədiyi siyasi ideologiyadır. Əsl müsəlman ekstremist ola bilməz. Ona görə də biz İslama deyil, ekstremizmə qarşı mübarizə aparmalıyıq və ekstremizmin yayılmaması üçün tolerantlıq deyil, əzələli liberalizm nümayiş etdirməliyik”
//ANS