Britaniya XİN rəhbəri Aİ xarici işlər nazirlərini qəbul edəcək

Britaniya XİN rəhbəri Aİ xarici işlər nazirlərini qəbul edəcək
DÜNYA
18:26 12.05.2025
363
Böyük Britaniya xarici işlər naziri Devid Lemmi Fransa, İtaliya, Almaniya, İspaniya, Polşa və Avropa İttifaqının nümayəndələri ilə danışıqlar aparacaq.

Bu barədə "Reuters" məlumat yayıb.

"Görüşdə Ukraynaya dəstək və regional müdafiə əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunacaq.” Böyük Britaniyanın XİN bəyanatında qeyd edilib.
OXŞAR XƏBƏRLƏR