Britaniyada son sutkada koronavirusdan 149 nəfər həyatını itirib

DÜNYA
03:55 25.11.2021
235
Böyük Britaniyada son sutka ərzində 43 676 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 9 974 843 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 149 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 144 286 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR