Bruno Lanqa “Qarabağ”da

Bruno Lanqa “Qarabağ”da
İDMAN
20:23 17.06.2026
231
"Qarabağ” sol cinah müdafiəçisi Bruno Lanqanın transferini başa çatdırıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında təqdimat videosu paylaşılıb.

Belə ki, Ağdam təmsilçisi İspaniyanın "Almeriya” klubundan transfer etdiyi Mozambik millisinin üzvü ilə müqavilə imzalayıb.

Qeyd edək ki, bu keçiddən öncə Portuqaliyanın "Estrela de Amadora” klubunda icarə əsasında çıxış etmiş 28 yaşlı müdafiəçi Mozambik yığmasının heyətində meydana çıxdığı 38 matçda 2 qola imza atıb. Nüfuzlu "Transfermarkt” saytı oyunçunun bazar dəyərini 1 milyon avro kimi göstərir.

Xatırladaq ki, bundan öncə sözügedən keçid barədə ilk məlumatı tanınmış insayder Fabritsio Romano özünün "X” hesabında yaymışdı.

OXŞAR XƏBƏRLƏR