Bu ayda doğulan qadınlar daha cəlbedicidir - SƏBƏB

Bu ayda doğulan qadınlar daha cəlbedicidir - SƏBƏB
MARAQLI
11:02 28.04.2026
277
Bəzi elmi araşdırmalara görə, may ayında doğulan qadınlar digər həmcinslərinə nisbətən daha cəlbedici olurlar.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu tip araşdırmalarda iştirak edən şəxslər müxtəlif aylarda doğulan qadınların fotoşəkillərini müqayisə edərək onların cazibədarlıq səviyyəsini qiymətləndiriblər və nəticədə may ayında doğulanların orta göstəricisinin bir qədər yüksək olduğu qeyd edilib.

Alimlər hesab edirlər ki, bu fərq təsadüfi deyil. Mövsümi işıq səviyyələri, günəş şüalarının miqdarı və bunun ana orqanizmində hormonal balanslara təsiri dölün inkişafına müəyyən dərəcədə təsir göstərə bilər. Xüsusilə yaz aylarında vitamin D səviyyəsinin artması, daha balanslı qidalanma və ümumi sağlamlıq vəziyyəti körpənin gələcək fiziki xüsusiyyətlərinə təsir edən amillər arasında göstərilir.

Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu cür nəticələr ümumiləşdirilmiş statistik müşahidələrə əsaslanır və hər bir insanın fərdi xüsusiyyətləri, genetik faktorlar və həyat tərzi daha həlledici rol oynayır. Yəni, doğum ayı insanın cəlbediciliyini müəyyən edən əsas faktor hesab edilmir, sadəcə maraqlı elmi müşahidə kimi qiymətləndirilir.
 
Aysel
 
OXŞAR XƏBƏRLƏR