Bu dövlətdən, bu iqtidardan sizə nə?

Bu dövlətdən, bu iqtidardan sizə nə?
Bütün Xəbərlər
13:04 31.10.2014
2945

Elşən MusayevBu gədə Mehmandır. Bloqqer. Hər halda öz dediyinə görə. Bloqqer - Mehman Hüseynov. Azərbaycan Prezidentinə, rəhbərlikdə təmsil olunan şəxslərə, bütünlükdə iqtidara, dövlətə qarşı hər növ iftiranı sınaqdan keçirən, sərgilədiyi fəaliyyətlə (illərdir) hər cür iyrəncliyə, mundarlığa yol açan –Mehman Hüseynov...

Şüarı – “Xoşbaxtlıq”dır... Eynən Moşu kimi! (rus dilli olduğuna görə xoşbəxtlik deyə bilmir)

“Facebook”-da “Sancaq” adlı bir səhifəsi var. Hərçənd onun adını “paz”, “mıx” ya da “mismar” qoysa daha uyğun olardı...

İdealı və kumiri Xədicə İsmayıldır. Gözlənildiyi kimi! Və ya bu iki “gözəl”, “əsrarəngiz” cütlük bir - birini banka - qapaq qədər tamamlayır. Bankanın kim, qapağın kim olduğunu isə özünüz müəyyənləşdirin...

Mehman tumançaq gəzməyi sevir. Və hazırda paylaşdığım şəkil onun bəlkə də indiyə qədər çəkdirdiyi ən abırlı fotosudur...

Adamın bir statusuna heç gəlməsə 2 - 3 min “like” gəlir. Bilmirəm, dostları onun allı - güllü tumanınamı aşıq olur, sosial şəbəkələrdəki kontingent – komplekssizlikmi vurğunudur, yoxsa nə? - amma inanın, hər şey dediyim kimidir...

Və nəhayət....Dünən Mehman məni (öz aləmində) hədəfə alıb...təkərə saldığını düşünüb, ağlına və istedadına uyğun bir - iki erməni - budaq cümləsi ilə haqqımda status yazıb. Dilindən və ürəyindən keçən bütün təhqirləri sıralayıb...

Olsun! Öyrəşmişik. Gədə - mədə üslubuna, “basyak” jarqonuna həqiqətən çoxdan öryəşmişik biz...

Fəqət, dünəndən bəri bir məsələ məni yaman düşündürür: Bizimkilər hanı? Bizimkilər hardadır? Bizimkilər nə işlə məşğuldur?...Yasamalın “kruq”unda avtobusmu gözləyirlər? Binəqədinin trassında “semiçka”mı satırlar? Yoxsa “facebook”un tavanında göyərçinmi uçururlar?

Nə iş görürsüz alə? Salamatçılıqdı? Biz söyülürük e burda. Sizdə nə var - nə yox?

Əziz iqtidaryönlülər! – Sizinləyəm e. Alo. Aloaaa...Deyəsən səhər - səhər narahat elədim, hə? Deyirəm, salamatçılıqdı? Yenə qabaq uzaqdan da olsa gələrdi səsiniz, indi tamam “kayblardasız” e, ona görə narahat qaldım...Puldan, qrantdan - zaddan bir şey - mir şey var?! Dolanışıq babatdı?

Qurban sizə, bu tərəflərə gəlməyin ha, okkeymi? Qırğın gedir. Müxalifət tökülüb üstümüzə. Söyüş - zad söyürlər, çamur - filan atırlar. Birdən o söyüşlərdən, çamurlardan biri sizə tuş gələr, səliqəli kostyumunuz, ütülü qalstukunuz batar, “ukladka”lı saçınız dağılar, xarizma məhz olar, zəriniz tökülər, “bomba oğlan” imiciniz sarsılar. Gəlməyin, yaxşımı? Yeyib - içib, elə ortalıqdaca gəzin.

Bu dövlətdən, bu iqtidardan sizə nə? Ələlxüsus da adınızın dərkənarı “yönlü”sə...

Əsas məsələ bərli - bəzəkli məclislərdə ayaq üstdə tost deməkdir, “100”dən, “200”-dən - zaddan babat bir nömrə tapıb babat da bir seriya ilə “Lexus”a, “Qalenvagen”-ə zırlamaq, ardınca da avtoşluq eləməkdir, kvartal arası qrant müsabiqələrini gözləmək, dəbdəbəli otaqlarda tərifi - tərifin dalına dürtməkdir!Hamı ilə dost, hamı ilə alicənab, kübar, qlamur, “masinkı - pasinki” olmaqdır!

***Keçən səfər Etibar Hüseynov ünvansız bir qoyun şəkli paylaşmışdı deyə, adamı bir tək didib - yemədikləri qaldı. Müdafiə edən, mıqqıltı şəklində də olsa ağız acan tapıldımı ? Yox. Esla. Əstağfirullah! Elə şeymi olar?... Və ya lap tutaq adam səhv edib, yalnış edib, artıq edib...Amma dədəsi, ailəsi, qohumları üçün etməyib axı bunu! Ya da hər şey bir kənara, necə olur ki, başı otellerdə kiminsə paçasından çıxan gədələr, erməniyə açıqca dəstək verən vicdansızlar radikal müxalifətin lidercikləri tərəfindən müdafiə oluna bilir, amma biz eyni cəbhədə vuruşduğumuz insanların, dövlətə, iqtidara görə ən çətin anlarda sinəsini sipər edənlərin cavabdehliyini daşıya bilmirik? Əksinə, sosial şəbəkələrdəki dəyuslar, arvad adı ilə gizlənən “martışka”lar azmış kimi bir də özümüz onların üzərinə gedirik, başdan yekə məsləhətlər veririk?

Niyə Vüsal Məmmədovun, Sənan Nəcəfovun bu ölkədə 5 tayı, 5 dublikatı yoxdur? Ya da sayları ikidirsə, üçdürsə, o zaman qədirlərini niyə bilmirik onların ? Niyə qiymətləndirmirik? Niyə bu cür beyinlərdən dar çərçivədə (üstəgəl həvəslə) bəhrələnməmizə rəğmən, geniş miqyasda onları müdafiəsiz qoyuruq?

Niyə 22 yaşlı Hacıbəy Heydərli, Fərid Şahbazlı “Azadlıq” radiosunda özündən deyən müxalifətçiləri diz üstdə qoya bilir, amma bu iqtidarın hesabına vəzifə və status sahibi də demirəm- məhz ADAM olanlar gərəkən məqamda dəvəquşu kimi başlarını torpaq altına soxub dallarını göstərirlər?

Sona qədər beləmi olacaqsız? Sona qədər beləmi qalacaqsız? Ok. Olun və qalın! Hətta istəyirsiz yerindən tərpənənə, bundan sonra ağız açana pis yerdən söyüş də qoyun!

Amma bizi salmayın o siyahıya. Yoxuq biz, sizin o Mendeleyev cədvəlinə bənzər həyat, fikir “karkas”ınızda!

Prezidentimə, dövlətimə həqarət olunan yerdə - əgər o Prezidenti, dövləti müdafiə etdiyimi deyirəmsə ya hər şeyi gözə alacam, ya da bütün bu söylədiklərimi bir gün “yeyəcək” olsam, yəni həmin müdafiədən imtina etsəm - başımı da dalım kimi bayıra çıxarıb nakişiliyimi etiraf edəcəm!

Başqa yol yoxdur. Yalan deyənin var - yoxuna lənət ki, şəxsən mənim üçün başqa yol yoxdur...!

OXŞAR XƏBƏRLƏR