Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində təmir işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a bildirilib ki, işlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.
Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.











































