İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Ağcabədi, Tərtər, Ucar, Kürdəmir, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Astara, Quba, Xaçmaz, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 45 binada aparılacaq. İmtahanlarda iştirak etmək üçün 32156 nəfər qeydiyyatdan keçib.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!